Azərbaycanda neft hasilatı azalıb

2023-cü ilin aprelində Azərbaycanda neft hasilatı 2023-cü ilin martı ilə müqayisədə sutkada 515.000 bareldən 512.000 barelə kimi azalıb. Bu barədə Energetika Nazirliyi məlumat verib.
"2023-cü ilin aprelində Azərbaycanda kondensatla birgə gündəlik neft hasilatı 626.000 barel təşkil edib ki, bunun da 512.000 bareli neft, 114.000 bareli isə kondensatın payına düşüb”, - nazirliyin məlumatında deyilir.
Apreldə OPEC+ sazişi çərçivəsində Azərbaycanın neft hasilatı kvotası sutkada 684.000 barel təşkil edib. Beləliklə, Azərbaycan apreldə OPEC+ sazişini 133,6% yerinə yetirib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 