• $ 1.7
  • € 1.7786
  • ₽ 1.958
  • ₺ 0.0466
  • £ 2.1511

Everesti fəth etmiş ilk Azərbaycan alpinisti ABB-nin dəstəyi ilə tarixi səfərinə başladı

Everesti fəth etmiş ilk Azərbaycan alpinisti ABB-nin dəstəyi  ilə tarixi səfərinə başladı
12.05.2023 17:32
Everesti (8848 metr) fəth etmiş ilk Azərbaycan alpinisti olan İsrafil Aşurlı bu  dəfə də 8485 metr hündürlüyündə Makalu zirvəsini fəth etmək üçün Nepala yola  düşüb. O, qarşısına çox böyük hədəf qoyub. İsrafil Aşurlı dünyanın ən hündür 14  zirvəsində dövlət bayrağımızı ucaltmaq niyyətindədir. Layihə "Zəfər tacı” devizi  ilə həyata keçirilir və Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr  olunub. Ölkəmizdə idmanın inkişafına ardıcıl kömək göstərən ABB Azərbaycan  alpinistinin bu təşəbbüsünə dəstək verir. 


Sözügedən 14 zirvə bütün  dünyada alpinizmlə məşğul olan  şəxslərin xəyalıdır. Həmin zirvələr Himalay və Qaraqorum dağ silsilələrində yerləşir və 
"Dünya tacı” adlanır. Hər birinin hündürlüyü 8 min metrdən  yüksəkdir. 

Bunlar Everest (Nepal, Çin), Çoqori (K2, Pakistan, Çin), Kançencanqa  (Nepal, Hindistan), Lxotsze (Nepal, Çin), Makalu (Nepal, Çin), Ço-Oyu (Nepal,  Çin), Dxaulaqiri (Nepal), Manaslu (Nepal), Nanqaparbat (Pakistan), Annapurna  (Nepal), Qaşerbrum I (Pakistan, Çin), Broud-Pik (Pakistan, Çin), Qaşerbrum II  (Pakistan, Çin), Şişabanqma (Çin) zirvələridir.  

Həmin zirvələrin hamısını fəth etmiş alpinist karyerasının ən böyük  nailiyyətini qazanmış sayılır. Onu da qeyd edək ki, tarix boyu bütün dünyada bu  zirvələrin hamısına 20 ölkədən cəmi 44 alpinist qalxa bilib. İsrafil Aşurlı isə bu  zirvələrdən 5-i artıq fəth edib. Makalu bu sırada 6-ci olacaq. 2025-ci ilə qədər o,  bütün zirvələrin fəthini başa çatdırmağa qərarlıdır. Əgər 14 zirvənin hamısını fəth  edə bilsə, İsrafil Aşurlı Cənubi Qafqaz regionunda belə bir nailiyyəti qazanmış ilk  alpinist kimi adını tarixə yazacaq. 

Bankın səyahətsevərlər üçün nəzərdə tutulmuş ABB miles kartı səfərboyu  Azərbaycan alpinistinin ödənişlərini asanlaşdırır. Üstəlik, onun nağdsız  ödənişlərindən topladığı millər növbəti səfərlərinin daha az xərclə başa gəlməsinə kömək göstərir. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet  səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook  səhifəsindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
İqtisadiyyat 17:21
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
İqtisadiyyat 17:09
Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
İqtisadiyyat 15:30
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
İqtisadiyyat 14:38
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
İqtisadiyyat 11:26
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
“Azərkosmos”un ixrac gəlirləri artıb
İqtisadiyyat 11:23
“Azərkosmos”un ixrac gəlirləri artıb
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:18
Bu günə olan məzənnə açıqlanıb
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
İqtisadiyyat 14:42
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol