• $ 1.7
  • € 1.7786
  • ₽ 1.958
  • ₺ 0.0466
  • £ 2.1511

Dörd ayda pensiya ödənişlərinə 1 milyad 891 milyon manat vəsait yönəldilib

Dörd ayda pensiya ödənişlərinə 1 milyad 891 milyon manat vəsait yönəldilib
15.05.2023 12:33
Cari ilin yanvar-aprelində pensiya ödənişlərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çox olmaqla 1 mlrd. 891 mln. manat vəsait yönəldilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

Məlumata görə, pensiyaların orta aylıq məbləği 18 faiz artaraq, 432 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq, 465 manata çatıb.

Ötən il pensiyaçılara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək pensiyaları artırılıb. Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.

2023- cü ilin  yanvar-aprelində 12,8 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 84,3 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
 
2023-cü il dövlət büdcəsinin gəlirləri 30,7 milyard, xərcləri 33,3 milyard manatdır. Mövcud büdcə sənədinə əsasən, 2023-cü ildə dövlət büdcəsindən əməkhaqqı və pensiya ödənişləri daxil olmaqla 15,2 milyard manat sosial sahəyə yönəldiləcək. Bu ümumi büdcə xərclərinin 45,6 faizi deməkdir.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
İqtisadiyyat 17:21
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
İqtisadiyyat 17:09
Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
İqtisadiyyat 15:30
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
İqtisadiyyat 14:38
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
İqtisadiyyat 11:26
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
“Azərkosmos”un ixrac gəlirləri artıb
İqtisadiyyat 11:23
“Azərkosmos”un ixrac gəlirləri artıb
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:18
Bu günə olan məzənnə açıqlanıb
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
İqtisadiyyat 14:42
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol