Sənaye zonalarında istehsal olunan məhsulların həcmi açıqlanıb

2023-cü ilin yanvar-aprelində Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən müəssisələr 768 milyon manatlıq məhsul satıb ki, bu da illik müqayisədə 13 % çoxdur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.
Onun sözlərinə görə, sənaye zonalarında istehsal olunmuş məhsullar 55-dən çox ölkəyə ixrac edilib.
"İndiyə qədər ümumilikdə 9,6 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 3,1 milyard manatlıq hissəsi ixrac olunub”, - o əlavə edib.
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında indiyədək ümumilikdə 8,8 milyard manatlıqdan çox məhsul istehsal edilib və həmin məhsulların 2,9 milyard manatlığı ixrac olunub.
2022-ci ildə isə sənaye zonalarının rezidentləri tərəfindən 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatlığı ixracın payına düşüb.
İndiyədək sahibkarklar tərəfindən sənaye zonalarına 6,47 milyard manatdan çox investisiya yatırılıb, 10300-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac olunub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 