Aktiv vergi ödəyicilərinin sayı artıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2023-cü ilin mayında əvvəlki ilə müqayisədə 2,9 faiz artaraq 732,2 min olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5,1 faiz artıb və 42 min təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,1 faiz artaraq 193,2 minə çatıb.
2023-cü ilin birinci rübündə muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 625 milyon manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2% və ya 176,1 milyon manat artıb.
Eyni dövrdə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% artaraq 1 milyard 37,7 milyon manat təşkil edib.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,1% artaraq 56,7 milyon manata bərabər olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8% artıb və 41,8 milyon manat təşkil edib.
2023-cü ilin yanvar-aprelində yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 6,7 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz çoxdur.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 