4 ayda "ASAN İmza" sertifikatı alan şəxslərin sayı açıqlanıb

2023-cü ilin yanvar-aprelində Azərbaycanda 79 449 müraciət üzrə 120 161 "ASAN İmza" sertifikatı verilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
5 minə yaxın vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan "ASAN İmza", onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.
Cari ilin yanvar-aprelində Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 200 859 şəxs qəbul edilib.
Məlumata görə, onlara 383 576 sayda xidmət göstərilib ki, bunlardan 104 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 97 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, eləcə də müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə kömək göstərilməsi) bağlı olub.
2022-ci ildə 5.035 vergi ödəyicisinin iştirakı ilə 315 görüş keçirilib, 6819 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.
Vergi ödəyicilərindən daxil olmuş 17,1 mindən çox yazılı müraciət cavablandırılıb, 10 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), vergi ödəyicilərinin mobil nömrələrinə 776 mindən artıq SMS göndərilib.
Ötən il ümumilikdə 220.822 müraciət üzrə 342.333 Asan İmza sertifikatı verilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 