Azərbaycanda kiçik banklar niyə bağlanır? - ŞƏRH

"Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Qeyd edilib ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır.
Millət vəkili Aydın Hüseynov bu tip bankların lisenziyasının əlindən almasını düzgün addım hesab edir.
"Hər bir bankın əmanətçilər qarşısında öz öhdəlikləri var. Əgər bank əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilmirsə, hesab edirəm ki, Mərkəzi Bank bunu əvvəlcədən müəyyənləşdirməlidir. Çünki , öncədən artıq proqnozlaşdırmaq olur ki, bu bank defolt vəziyyətində ola bilər. Ona görə də daha əvvəl tədbir görülməlidir. Digər tərəfdən Mərkəzi Bankın bu bankların lisenziyasını əlindən alması düzgündür. Ona görə ki, banklar fəaliyyətini bu qaydada davam etdirərsə, bu məsələ getdikcə daha da dərinləşə bilər. Əmanətlərin Sığortalanması Fondu əmanətin sığortalanmış hissəsini ödəyir. Problem adətən Sığortalanmış əmanətlərin sığortalanan hissəsindən çox olan məbləği ödəyərkən yaranır. Bu məbləğ həmin bankın geri qaytarılan kreditləri hesbına yaxud da onun əmlakının və nizamnamə kapitalına daxil olan aktivlərinin hesabına ödənməlidir”, - millət vəkili bildirib.

Maliyyə məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovun sözlərinə
görə, bu cür xırda bankların bağlanmasının səbəbi
Azərbaycanda mövcud olan inhisarlaşma ilə bağlıdır.
"2020-ci ildən bəri götürsək
sığortalanmış əmanətçilərdə problem olmayıb. Yəni onların pulu Əmanətlərin
Sığortalanması Fondu tərəfindən konpensasiya edilib. Xatırladım ki, əmanətlərin
sığortalanması üçün bir bankda bir nəfərin adına yüz min manatdan çox pul
olmamalıdır və əgər pul manatladırsa onun faiz dərəcəsi 12%, xarici
valyutadadırsa - 2,5%-i ötməməlidir. Əgər bu şərtlər varsa əmanətçidə heç bir
problem yaranmır. Problem sahibkarlarla bağlıdır. Banklarda batan pullar bir
qayda olaraq sahibkarların, şirkətlərin pullarıdır. Çünki, Əmanətlərin Sığortalanması
Fondu vətəndaşların əmanətlərini ödəyir, sonra isə bankın əmlakını sataraq
verdiyi kreditləri qaytarır. Daha sonra vətəndaşların əmanətinə sərf etdiyi
pulu özünə götürür. Bundan sonra yerdə sahibkarların və şirkətlərin pulu qalır.
Əmanətlərin Sığortalanması Fondu bu puları qaytarmalı olduğu halda bir qayda
olaraq ya bu pulları qaytarmır, ya da çox az bir qismini qaytarır. Çünki, bu
fond Azərbaycanın ən korrupsioner, qanunsuz, özbaşına fəaliyyət göstərən
qurumlarından biridir. Bu kimi hallar Azərbaycanda inhisarlaşma meyillərini
daha da gücləndirir. Çünki, bununla sahibkarları dolayısı yolla məcbur edirlər
ki, onlar orta və kiçik banklardan çıxıb böyük banklara üz tutsunlar”, - ekspert
bildirib.
Əmanətlərin Sığortalanması fondundan isə bildirdilər ki, fond müəyyən qanunvericilik əsasında çalışır və icraedici orqandır. Pul vəsaitləri ardıcıllıqla qaytarılır.
Azərbaycanda ən
çox bank 2016-cı ildə bağlanıb. Həmin il "Atrabank”, "Bank of Azerbaijan”,
"Bank Standard”, "Deka Bank”, "Gəncə Bank”, "Kredo Bank”, "Qafqaz İnkişaf
Bankı”, "Para Bank”, "Texnika Bank”, "United Kredit Bank” və "Zamin Bank”-ın
lisenziyaları ləğv edilib. 2017-ci ildə yalnız "Dəmir Bank” bağlanıb.
2020-ci il də 4 bank bağlanıb. Bunlar "AGBank”, "Amrah Bank”, "Atabank” və "NBC
Bank”-dır.
Hazırda Azərbaycanda 25 bank fəaliyyət göstərir.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 