Sitrus meyvələrinin ixracı artıb

2023-cü il ölkədən ixrac edilən sitrus meyvələrin həcmi 800 ton olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 dəfə çoxdur.Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Bu dövr ərzində ixrac edilən məhsulun dəyəri 600 min dolları keçirib.
2022-ci ilin yekunlarına görə Azərbaycanın ixrac olunan kənd təsərrüfatı məhsullarının dəyəri 2021-ci illə müqayisədə 3,2 faiz artaraq 1,14 milyard dolları keçib. Ötən il ölkədən ümumilikdə 396 min ton meyvə ixrac edilib ki, bu da 2021-ci illə müqayisədə 5,6 faiz yüksəkdir.
Gülnar
www.anews.az
Son xəbərlər
Daha çox 