Bank Respublika Visa ilə birgə yeni Mobil POS xidmətini təqdim etdi!

Ölkəmizdə nağdsız ödənişlərin artırılmasına, həmçinin rəqəmsal bank xidmətlərinin inkişafına böyük önəm verən Bank Respublika, Visa şirkəti və birgə Visa Tap to Phone texnologiyası əsasında çalışan yeni "Mobil POS” xidmətini təqdim etdi.
Visa Tap to Phone – kontaktsız ödənişləri qəbul etmək üçün Android bazasında işləyən və NFC çipləri ilə təhciz olunan müasir smartfonları və planşetləri ödəniş terminalına çevirən texnologiyadır.
İndi istənilən biznes sahibi rəqəmsal iqtisadiyyata qoşula biləcək – bunun üçün sadəcə tapXphone əlavəsini yükləmək kifayətdir.
Günümüzdə daha çox alıcının təmassız ödənişlərə və istənilən məkanda ödəniş etmə imkanına üstünlük verdiyini nəzərə alsaq, Tap to Phone texnologiyası əsasında olan "Mobil POS” innovativ həlli mikro və kiçik biznes üçün yeni, daha geniş imkanlar açır.
"Bank Respublika”nın "Mobil POS” xidmətinə ilk 3 ay ərzində qoşulan vergi ödəyiciləri Visa Business Plus kartını tamamilə pulsuz əldə edə biləcəklər.
Qoşulma və tətbiqdən istifadə tamamilə pulsuzdur
Dövriyyə üzrə ödənilən komisyon haqqı ənənəvi POS-terminal xidməti ilə eynidir
Elektron çekin SMS və email ilə alıcıya göndərilməsi və ya QR-kod ilə oxunması imkanı
Partnyor Web Portalı üzərindən əməliyyatların online izlənməsi və statistik məlumatın əldə edilməsi imkanı
Tam təhlükəsizdir – tətbiq, ödəniş sistemlərinin təhlükəsizlik tələblərinə tam cavab verir
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 