• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!

Bank Respublika Özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrə dəstək oldu!
26.05.2023 09:47
Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığın inkişafına hər zaman dəstək olan Bank Respublika, "28 may – Müstəqillik Günü” ərəfəsində həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində başladığı növbəti layihəni uğurla başa vurub.

Bankın əməkdaşları Ağdam, Ağcabədi və Bərdə rayonlarında sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrlə görüşərək onların şəxsi biznes yaratmaq arzularını reallaşdırıb. Belə ki, Bank heyvandarlıq təsərrüfatının qurulması üçün onları mal-qara və yem ilə təmin edərək sahibkarlığa başlamalarına təkan vermişdir. 

Özünüməşğulluq layihəsi çərçivəsində Bank Respublika indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 100-dən çox işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə əvəzsiz olaraq aktivlər təqdim edib.

Bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

Bankdan verilən məlumata əsasən, Özünüməşğulluq Proqramı çərçivəsində tədbirlər  ilin sonunadək ölkənin digər bölgələrində də icra olunacaq.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.






 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
Əhalinin gəlirləri artıb
İqtisadiyyat 16:44
Əhalinin gəlirləri artıb
Naxçıvanda indiyə qədər bu qədər ƏDV məbləği geri qaytarılıb
İqtisadiyyat 14:34
Naxçıvanda indiyə qədər bu qədər ƏDV məbləği geri qaytarılıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:42
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə

Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətini almasınıtəsdiqləyib
İqtisadiyyat 17:11
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətini almasınıtəsdiqləyib
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
İqtisadiyyat 16:09
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
SOCAR və Gran Tierra Energy Quba–Xəzəryanı regionu üzrə saziş imzalayıb
İqtisadiyyat 11:48
SOCAR və Gran Tierra Energy Quba–Xəzəryanı regionu üzrə saziş imzalayıb
Qızılın qiyməti yenidən 5 000 dolları ötüb
İqtisadiyyat 10:00
Qızılın qiyməti yenidən 5 000 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol