• $ 1.7
  • € 1.7786
  • ₽ 1.958
  • ₺ 0.0466
  • £ 2.1511

Bank Respublika Naxçıvanda şəhid övladlarına bayram sevinci yaşatdı!

Bank Respublika Naxçıvanda şəhid övladlarına bayram sevinci yaşatdı!
01.06.2023 09:39
Ölkəmizdə bir çox sosial yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika, Vətən müharibəsi şəhidlərinin övladları üçün növbəti təqdirəlayiq aksiya həyata keçirib.

Belə ki, Bankın əməkdaşları "1 iyun – Uşaqların müdafiəsi Günü” ərəfəsində Naxçıvan Muxtar Respublikasında yaşayan, vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid olmuş əsgər və zabitlərin övladlarını ziyarət edərək, onlara müxtəlif hədiyyələr təqdim edərək bayram sevinci yaşadıb. 

Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açan bankın əməkdaşları, şəhid övladlarına atalarının igidliklərinə görə qürur duymalarını və Azərbaycan xalqının hər zaman onları xatırlayacağını bildiriblər.

Keçirilən görüşlərdə Bankın nümayəndələri torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın övladlarının hər birimiz üçün əmanət olduğunu, şəhid və qazi ailələrinə Bank Respublika tərəfindən daim xüsusi diqqət və qayğı göstəriləcəyini vurğulayıblar.

Bank Respublika "YAŞAT” Fondu, "Silahlı Qüvvələrə Yardım Fondu” və "Qarabağ Dirçəliş Fondu”na vəsait ianə edən ilk banklardan biridir.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
İqtisadiyyat 17:21
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
İqtisadiyyat 17:09
Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
İqtisadiyyat 15:30
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
İqtisadiyyat 14:38
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
İqtisadiyyat 11:26
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
“Azərkosmos”un ixrac gəlirləri artıb
İqtisadiyyat 11:23
“Azərkosmos”un ixrac gəlirləri artıb
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:18
Bu günə olan məzənnə açıqlanıb
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
İqtisadiyyat 14:42
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol