"Paşa Holdinq"də daha bir yüksək vəzifə ona həvalə olundu

"Paşa Sığorta" ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib.
Şirkətin rəsmi saytında artıq bu vəzifəni Rövşən Allahverdiyevin icra etdiyi göstərilir.
Rövşən Allahverdiyev əslən Şərur rayonunun Yengicə kəndindəndir. Direktorlar Şurasının yeni sədri, həm də Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qardaşıdır.
Bu vaxta qədər ASC-nin Direktorlar Şurasına sədri Fərid Məmmədov idi.
Rövşən Allahverdiyev bir müddət əvvəl "Paşa Həyat Sığorta" şirkətinin Direktorlar Şurasının sədri təyin edilib. O, eyni zamanda "Kapital Bank" ASC-nin Müşahidə Şurasının sədridir.
"Paşa Sığorta” ASC aktivlərinə görə (15,5 milyard manat) ölkənin ən böyük şirkəti olan "Paşa Holdinq”ə məxsusdur. Nizamnamə kapitalı 50 milyon manat olan "Paşa Sığorta” ASC 2006-cı ildə təsis olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 