AKİA 4 ayda nə qədər kredit verib- AÇIQLAMA

2023-cü ilin dörd ayında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi 23 milyon manat kredit verib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi tviter hesabında yazıb.
Məlumata görə, güzəştli kreditlər 1 037 fiziki və hüquqi şəxsə verilib.
2022-ci ilin yanvar-sentyabrında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərənlərə 51,7 milyon manat məbləğində güzəştli kredit verilib.
Məlumata görə, bu həcmdə güzəştli kredit 3 237 fiziki və hüquqi şəxsə verilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər