Rusiyadan Azərbaycana birbaşa investisiyalarln həcmi 4,8 dəfə azalıb

2023-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar (BXİ) 2022-ci illə müqayisədə 1 milyard 814,146 milyon ABŞ dollarından 1 milyard 501,469 milyon dollarına kimi və ya 17,2% azalıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat verib.
Tədiyyə balansına əsasən, birbaşa xarici investisiyanın 77,5%-i (2022-ci ilin yanvar-martında - 59,5%) neft-qaz sektoruna yatırılıb.
Qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiyaların həcmi 337,5 ABŞ dolları (azalma 54%), xüsusi çəkisi 22,5% (2023-cü ilin yanvar-martında - 40,5%) təşkil edib.
AMB-nin məlumatına görə, Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların həcminə görə ilk beş ölkə Böyük Britaniya - 464,7 milyon dollar (artım 8,6%), Türkiyə - 289,4 milyon dollar (artım 9,3%), Kipr - 201,5 milyon dollar (azalma 23,6%), İran - 100,6 milyon dollar (artım 17,4%) və Hollandiyadır - 97,97 milyon dollar (artım 65,3 dəfə).
Azərbaycana birbaşa investisiyaların həcminə görə ilk 10 ölkəyə isə Yaponiya (63,9 milyon dollar), BƏƏ -( 54,3 milyon dollar), Rusiya - (51,2 milyon dollar) , Macarıstan - (47,46 milyon dollar) və ABŞ-dır (38,2 milyon dollar).
2022-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar 2021-ci illə müqayisədə 30,9% artaraq 6,27 milyard dollara çatıb.
N.Təbrizli
www.anews.az