• $ 1.7
  • € 1.7786
  • ₽ 1.958
  • ₺ 0.0466
  • £ 2.1511

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin mənfi saldosu. $4,6 mln ötüb

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin mənfi saldosu. $4,6 mln ötüb
08.06.2023 23:55
2023-cü ilin birinci rübündə Azərbaycanda qarşılıqlı turizm xidmətləri dövriyyəsinin həcmi 427,2 milyon ABŞ dolları təşkil edib ki, bu da 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 34,3% çoxdurBu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. 
 
"Eyni zamanda, turizm xidmətləri idxalı 215,9 milyon dollar, ixrac isə 211,3 milyon dollar təşkil edib. Beləliklə, turizm xidmətlərində balansın kəsiri 4,6 milyon dollar təşkil edib", - AMB 2023-cü ilin yanvar-mart ayları üzrə tədiyyə balansı məlumatlarına istinadən qeyd edib. 

Hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına göstərilən turizm xidmətlərinin həcmi 215,9 milyon ABŞ dolları təşkil edib: "Bu həcmin 62 faizi Azərbaycan vətəndaşlarının xaricə səfərləri zamanı (şotl idxalı istisna olmaqla) xərclərinin payına düşüb”.

Ümumilikdə, 2023-cü ilin yanvar-mart aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 20,3 faiz, Azərbaycana turist axını isə 1,5 dəfə artıb.

2022-ci ildə turizm xidmətlərində balans kəsiri 69,4 milyon dollar təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
İqtisadiyyat 11:26
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
“Azərkosmos”un ixrac gəlirləri artıb
İqtisadiyyat 11:23
“Azərkosmos”un ixrac gəlirləri artıb
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:18
Bu günə olan məzənnə açıqlanıb
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
İqtisadiyyat 14:42
Gələn il qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 80%-nə çatacaq
Banklardakı valyuta hərraclarındakı satış azalıb
İqtisadiyyat 12:36
Banklardakı valyuta hərraclarındakı satış azalıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:57
Məzənnə açıqlanıb
Azərbaycan neftinin qiyməti bahalaşıb
İqtisadiyyat 09:20
Azərbaycan neftinin qiyməti bahalaşıb
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
İqtisadiyyat 22:04
ABŞ-ın neft ehtiyatları bu həftə gözlənilmədən azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol