• $
  • £

Azərbaycanlı tələbələr Uorvik Universitetinin diplomlarını alacaqlar

Azərbaycanlı tələbələr  Uorvik Universitetinin diplomlarını alacaqlar
09.06.2023 13:42
Bu gün ikili diplom proqramı Azərbaycanın altı universitetində həm bakalavriat, həm də magistratura səviyyəsində həyata keçirilir. Bu il ikili diplom proqramı üzrə iki yeni müqavilə imzalanıb. Onlardan biri Uorvik Universiteti (Böyük Britaniya) ilə Azərbaycan Neft və Sənaye Universiteti arasındadır. Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev deyib.

Bu müqaviləyə uyğun olaraq hər il 48 tələbə Bərpa Olunan Enerji Mənbələri ixtisası üzrə magistraturaya qəbul olunacaq.

İkinci müqavilə Bakı Dövlət Universiteti ilə Yerusəlim İvrit Universiteti (HUJI) arasında imzalanıb ki, bu da magistraturada təhsil alan tələbələrə aiddir.

Bu layihələr "Azərbaycan Respublikası ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. Bu günə qədər ikili diplom proqramı sayəsində 1000-dən çox Azərbaycan vətəndaşı ölkəni tərk etmədən dünyanın ən qabaqcıl universitetlərinin diplomlarını alıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İraq neft ixracını bərpa etməyə hazırlaşır
İqtisadiyyat 19:14
İraq neft ixracını bərpa etməyə hazırlaşır
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb
İqtisadiyyat 16:34
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:15
Azərbaycan nefti ucuzlaşıb
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İqtisadiyyat 17:15
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
İqtisadiyyat 15:13
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
İqtisadiyyat 13:44
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:47
Qızıl və gümüş bahalaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:45
"Bitcoin" ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol