• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər

Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
17.04.2026 13:44

Lazımi hazırlıq olmadan sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risklər yarada bilər. Report bu barədə energetika naziri Pərviz Şahbazova istinadla  yazıb.

Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatı təxminən 80% karbohidrogenlərdən asılıdır və bu struktur ciddi dəyişməyib. Eyni zamanda, qlobal enerji tələbi hər il təxminən 3,5% artır.

Şahbazov qeyd edib ki, bərpa olunan enerji sektorunda artım sürətlənib və ötən il bu artım 15,5% təşkil edib, lakin bu dinamika karbohidrogenləri əvəz etmir, yalnız ümumi enerji balansını tamamlayır.

“Bu, əvəzetmə deyil, daha çox artan enerji tələbatının qarşılanmasına əlavədir,” – nazir bildirib.

O vurğulayıb ki, enerji keçidi çərçivəsində düşünülməmiş qərarlar, xüsusilə karbohidrogen sektoruna investisiyaların azalması enerji təhlükəsizliyi problemlərinə gətirib çıxara bilər.

Nazirin sözlərinə görə, enerji siyasətində bütün mənbələrin nəzərə alınması vacibdir və daha tarazlı yanaşma ölkələrin enerji müstəqilliyini gücləndirə bilər.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol