• $
  • £

S&P: Bu il Azərbaycanda inflyasiya 12% təşkil edəcək

S&P: Bu il Azərbaycanda inflyasiya 12% təşkil edəcək
10.06.2023 10:57
"S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2023-cü il üzrə Azərbaycanda inflyasiyanın 12% təşkil edəcəyini proqnozlaşdırıb.

Bu proqnoz "S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə hesabatında yer alıb.

"Əksər inkişaf etməkdə olan və inkişaf etmiş iqtisadiyyatlar kimi, Azərbaycanda inflyasiya 2015-ci ildə manatın devalvasiyasından sonra qiymətlərin əhəmiyyətli dərəcədə artdığı 2016-2017-ci illər ərzindəki səviyyələri aşaraq proqnozlarımızı üstələməkdə davam edib. Hazırkı qiymət təzyiqləri pandemiyadan sonra yenidən açılma, ərzaq qiymətlərindəki inflyasiya və Azərbaycan xaricdən geniş çeşiddə mallar idxal etdiyindən və xarici inflyasiya prosesləri ona əhəmiyyətli dərəcədə təsir etdiyindən qlobal tendensiyaların təsiri ilə şərtlənir. İndi biz inflyasiyanın 2022-ci ildə demək olar ki, 14%-dən 2023-cü ildə orta hesabla 12% təşkil edəcəyini proqnozlaşdırırıq"- S&P qeyd edib.

Reytinq agentliyi əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı inflyasiya təzyiqlərini azaltmaq üçün buna cavab olaraq pul siyasətini tədricən sərtləşdirir. Bu baxımdan "S&P Global Ratings” Azərbaycanda inflyasiyanın 2025-ci ilə qədər tədricən 5%-ə enəcəyini proqnozlaşdırıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İraq neft ixracını bərpa etməyə hazırlaşır
İqtisadiyyat 19:14
İraq neft ixracını bərpa etməyə hazırlaşır
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb
İqtisadiyyat 16:34
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:15
Azərbaycan nefti ucuzlaşıb
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İqtisadiyyat 17:15
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
İqtisadiyyat 15:13
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
İqtisadiyyat 13:44
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:47
Qızıl və gümüş bahalaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:45
"Bitcoin" ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol