• $
  • £

Bu il TANAP-dan Türkiyəyə 10,2 milyard kubmetr qaz nəql olunacaq

Bu il TANAP-dan Türkiyəyə 10,2 milyard kubmetr qaz nəql olunacaq
11.06.2023 16:47
Bu il TANAP-dan Türkiyəyə 10,2 milyard kubmetr qaz nəql olunacaq.

Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "Anadolu" agentliyinə müsahibəsində bildirib.

Səfir qeyd edib ki, bu il 22,2 milyard kubmetr qaz ixracı gözlənilir ki, bunun da 10,2 milyard kubmetri Türkiyəyə, 12 milyard kubmetri isə Avropayadır.

Bakı-Tbilisi-Ərzurum, TANAP və Trans-Adriatik Boru Kəmərinin (TAP) ümumi investisiya dəyərinin 40 milyard dollar olduğunu deyən R.Məmmədov vurğulayıb ki, TANAP-ın fəaliyyətə başladığı gündən bu yana 46 milyard kubmetr qaz nəql olunub ki, bunun 22 milyard kubmetri Türkiyəyə, 24 milyardı isə Avropaya tədarük edilib.

Statistik göstəricilərə əsasən, 2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz nəqli 8 milyard 705 milyon kubmetr təşkil edib. Bu, o deməkdir ki, artım təxminən 1,5 milyard kubmetr təşkil edib.

Rəşad Məmmədov əlavə edib ki, ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması həm Azərbaycanın, həm də müxtəlif dövlətlərin qazının həmin kəmər vasitəsilə Avropa dövlətlərinə göndərilməsinə imkan verəcək:
"Bu, həm Azərbaycan, həm də Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunu artıracaq".
Azərbaycanın Türkiyənin enerji sektoruna yatırdığı sərmayələrə gəlincə, səfir deyib ki, bu meqalayihələrə əlavə olaraq, SOCAR-ın Türkiyənin enerji sektoruna yatırdığı investisiya məbləği 20 milyard dollar civarındadır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İraq neft ixracını bərpa etməyə hazırlaşır
İqtisadiyyat 19:14
İraq neft ixracını bərpa etməyə hazırlaşır
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb
İqtisadiyyat 16:34
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:15
Azərbaycan nefti ucuzlaşıb
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İqtisadiyyat 17:15
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
İqtisadiyyat 15:13
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
İqtisadiyyat 13:44
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:47
Qızıl və gümüş bahalaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:45
"Bitcoin" ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol