• $
  • £

Bu il regionlar üzrə kredit qoyuluşu 23 % artıb - NAZİR

Bu il regionlar üzrə kredit qoyuluşu 23 % artıb - NAZİR
12.06.2023 15:50
2023-cü ilin yanvar-martında Azərbaycan regionları üzrə kredit qoyuluşu 4,7 milyard manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,7 % artıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında yazıb.
 
2022-ci il statistikasına görə, kreditlərin 20%-i dövlət, 78%-i özəl, 2.6%-i qeyri-bank kredit təşkilatlarının payına düşüb.
 
2023-cü il aprel ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20 mlrd. 38 mln. 596 min manat təşkil edib ki, bunun da 76.56%-i və ya 15 mlrd. 340 mln. 433 min manatı Bakı şəhərinin payına düşüb.
 
Hesabat dövründə ən bahalı kreditlər Mil-Muğan iqtisadi rayonuna (Beyləqan, İmişli, Saatlı, Sabirabad) verilib. Bu regiona banklar tərəfindən kredit qoyuluşu 215 milyon 839 min manat təşkil edib. Verilən ümumi kreditlərin orta faiz dərəcəsi 19.89%, milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 20.03% olub.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İraq neft ixracını bərpa etməyə hazırlaşır
İqtisadiyyat 19:14
İraq neft ixracını bərpa etməyə hazırlaşır
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb
İqtisadiyyat 16:34
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:15
Azərbaycan nefti ucuzlaşıb
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İqtisadiyyat 17:15
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
İqtisadiyyat 15:13
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
İqtisadiyyat 13:44
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:47
Qızıl və gümüş bahalaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:45
"Bitcoin" ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol