• $
  • £

Neftdən istifadənin azalacağı gözlənilir

Neftdən istifadənin azalacağı gözlənilir
14.06.2023 23:04
Beynəlxalq Enerji Agentliyinin (BEA) təqdim etdiyi yeni hesabatda nəqliyyatda neftdən istifadənin 2026-cı ildən sonra azalacağı bildirilir, eyni zamanda ümumi istehlakın güclü neft-kimya tələbi ilə dəstəklənəcəyi də gözlənilir. Bu barədə agentliyin rəsmi saytında məlumat verilib.

Məlumata əsasən, qlobal neft tələbinin 2022-2028-ci illər arasında 6% artaraq gündəlik 105,7 milyon barrelə çatacağı proqnozlaşdırılır.

BEA-nın İcraçı Direktoru Fatih Birol neftdən istifadənin azalacağı ilə bağlı məlumat verərək bildirib ki, təmiz enerji iqtisadiyyatına keçid hazırda sürətlənməkdədir.

"Təmiz enerji iqtisadiyyatına keçid sürətlənir, elektrik nəqliyyat vasitələri, enerji səmərəliliyi və digər texnologiyalar irəlilədikcə bu onilliyin sonuna qədər qlobal neft tələbinin azalmasının pik həddə çatması gözlənilir” – Birol qeyd edib.

Neft və qazın kəşfiyyatı, hasilatı və bu istiqamətdə qlobal sərmayələr 2015-ci ildən bəri ən yüksək səviyyəyə çatmaq üzrədir və illik müqayisədə 11% artaraq 2023-cü ildə 528 milyard ABŞ dollarına çatacağı gözlənilir.

Hesabatın proqnozlarına görə əsas neft istehsal edən ölkələrin tələb artımının yavaşlamasına baxmayaraq, həmin ölkələrin potensialı artırmaq planlarının da davam etdirəcəyi güman edilir.

 
Ayişə Zahid
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İraq neft ixracını bərpa etməyə hazırlaşır
İqtisadiyyat 19:14
İraq neft ixracını bərpa etməyə hazırlaşır
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb
İqtisadiyyat 16:34
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:15
Azərbaycan nefti ucuzlaşıb
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İqtisadiyyat 17:15
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
İqtisadiyyat 15:13
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
İqtisadiyyat 13:44
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:47
Qızıl və gümüş bahalaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:45
"Bitcoin" ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol