• $
  • £

Azərbaycanda avtomobil benzininin istehsalı artıb- Statistika

Azərbaycanda avtomobil benzininin istehsalı artıb- Statistika
14.06.2023 23:45
Bu ilin yanvar- mayında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 759,4 milyon manat olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz demekdir. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Cari ilin beş ayında  neft məhsullarının istehsalında neft koksunun istehsalı 73,3 faiz, sürtkü yağlarının istehsalı 52,6 faiz, avtomobil benzininin istehsalı 47,6 faiz, qazoylların (dizel yanacağının) istehsalı 36,4 faiz artmış, neft bitumu istehsalı 38,7 faiz, mazut istehsalı isə 94,6 faiz azalıb.

Azərbaycan hökuməti 2023-cü ildə avtomobil benzininin istehsalını 1 milyon 444 min ton, dizel yanacağının isə 2 milyon 533  min ton səviyyəsində proqnozlaşdırır. Bu barədə Maliyyə və İqtisadiyyat Nazirliyinin hazırladığı 2023-cü il üçün dövlət büdcəsi barədə sənəddə bildirilir.

2024-cü ildə ölkədə benzin istehsalı 1 milyon 519,6 min tona, 2025-ci ildə 1 milyon 535,6 min tona, 2026-cı ildə 1 milyon 551,6 min tona qədər artacaq. Beləliklə, 2023-2026-cı illərdə benzin istehsalı 7,5% artacaq.

2024-cü ildə Azərbaycanda dizel yanacağının istehsalı 2 milyon 542,6 min ton, 2025-ci ildə 2 milyon 536,5 min ton, 2026-cı ildə 2 milyon 535,6 min ton həcmində  proqnozlaşdırılır ki, bu  2023-2026-cı illərdə ölkədə dizel yanacağı istehsalının 0,1% artacağı deməkdir. 

Azərbaycanda benzin və dizelyanacağı istehsalı yalnız Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda həyata keçirilir. Bu müəssisə Azərbaycan DÖvlət Nefr Şirkətinin tərkibinə daxildir. 
 
Aytac Zeynalova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İraq neft ixracını bərpa etməyə hazırlaşır
İqtisadiyyat 19:14
İraq neft ixracını bərpa etməyə hazırlaşır
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb
İqtisadiyyat 16:34
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 91 %-dən çox artıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:15
Azərbaycan nefti ucuzlaşıb
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İqtisadiyyat 17:15
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
İqtisadiyyat 15:13
Ermənistan Azərbaycan üzərindən 26 min tondan çox mal idxal edib
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
İqtisadiyyat 13:44
Nazir: Sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risk yarada bilər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:47
Qızıl və gümüş bahalaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:45
"Bitcoin" ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol