Yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək- Paşinyan
Yaxın vaxtlarda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda görüşəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Ararat Mirzoyan və Ceyhun Bayramov yaxın vaxtlarda yeni görüş keçirəcəklər. Ümid edirəm ki, son Vaşinqton görüşündə müəyyən irəliləyişlər əldə edə biləcəyik,- Nikol Paşinyan cümə günü Ermənistanda hökumətin iclasında deyib.
Azərbaycanla Ermənistan arasında iyunun 12-də xarici işlər nazirlərinin Vaşinqtonda görüşü keçirilməli idi. Lakin görüş müəyyən açıqlanmayan səbəblərdən təxirə salınıb.
www.anews.az

Sonuncu dəfə mayın 1-4-də Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar olub. ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə regional təhlükəsizlik və sabitlik məsələləri də müzakirə olunub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər