• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Bu gün 1 154 abituriyent Azərbaycan dili fənni üzrə növbəti dəfə imtahan verəcək

Bu gün 1 154 abituriyent Azərbaycan dili fənni üzrə növbəti dəfə imtahan verəcək
18.06.2023 09:00
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2023-cü il mayın 7-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 7-də keçirilən imtahanda iştirak edib "qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçiriləcək.

İmtahan Bakı şəhərində 5 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:
dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);

dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;

oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 13 imtahan rəhbəri, 112 nəzarətçi-müəllim ayrılıb, 15 buraxılış rejimi əməkdaşı (mühafizə), 5 bina nümayəndəsi ayrılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 22:43
Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Culfada elektrik enerjisinin verilişində fasilələr olacaq
Cəmiyyət 22:00
Culfada elektrik enerjisinin verilişində fasilələr olacaq
Sumqayıtda yaşayış binasında yanğın olub - Video
Cəmiyyət 20:30
Sumqayıtda yaşayış binasında yanğın olub - Video
Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb
Cəmiyyət 19:40
Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanılıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:28
Bu ərazilərdə qaz olmayacaq
Şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
Cəmiyyət 17:17
Şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
Azərbaycan və BƏƏ prezidentləri Şuşada Milli Xalça Muzeyinin filialında olublar
Cəmiyyət 15:38
Azərbaycan və BƏƏ prezidentləri Şuşada Milli Xalça Muzeyinin filialında olublar
Fermerlərə üzüm sahələrinə görə 168 min manatdan çox sığorta ödənişi edilib
Cəmiyyət 15:35
Fermerlərə üzüm sahələrinə görə 168 min manatdan çox sığorta ödənişi edilib
Cəlilabadda məktəblilər arasında mübahisə ölümlə nəticələnib/Yenilənib
Cəmiyyət 15:23
Cəlilabadda məktəblilər arasında mübahisə ölümlə nəticələnib/Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol