• $ 1.7
  • € 1.9394
  • ₽ 0.021697
  • ₺ 0.0364
  • £ 2.2511

“VMF” MMC -nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

“VMF” MMC -nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
19.07.2023 13:10
19 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında "VMF”MMC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə "Açılış Zəngi” mərasimi keçirilib.  

Tədavül müddəti 18 ay, nominal dəyəri 100 manat , 1,000,000 (bir milyon) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlar birjada emitentin anderrayteri Unicapital İnvestisiya Şirkəti tərəfindən 100% uğurla yerləşdirilib. İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 3 aydan bir təşkil edir.

Sonunda VMF istiqrazları üçün "Açılış Zəngi”nin çalındığı tədbirdə, yerli və xarici şirkətlərin rəsmiləri ilə yanaşı Azərbaycan Respublikası Mərkəzi  Bankının, Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin səlahiyyətli nümayəndələri də iştirak edib. 

1997-ci ildə yaranan və dünyaca məşhur Longines, Rado, Maurice Lacroix, Raymond Weil, Versace, Salvatore Ferregamo, Tissot, Certina, Hamilton, Swatch, Flik-Flak, Seiko, Citizen, Obaku, VMF NF, VMF Rover, VMF Elli, Casio, Zippo, Victorinox və digər brendlərin Azərbaycanda rəsmi distributoru olan VMF şirkəti, tədbir zamanı iştirakçılara 50-dən çox yeni və qeyri-adi dizaynlı saat modellərini nümayiş etdirib.  Bu səpkidə ilk dəfə və olduqca böyük auditoriya qarşısında təşkil olunan tədbir böyük rəğbətlə qarşılanıb.

Tədbirdə VMF şirkətinin yaradıcısı Vahid Mustafayev şirkətin bu günədək keçdiyi uğur yolundan danışıb. Öz çıxışı zamanı "VMF 2024” konseptinə də toxunan cənab Mustafayev, yaxın gələcək planlarının satış nöqtələrinin Azərbaycan üzrə sayını 30-a çatdırmaq, onlarda texnoloji müsbət dəyişikliklər etmək, yeni multi-brend mühiti yaratmaq, satış prosesini əyləncə seqmenti ilə inteqrasiya etmək istiqamətində olduğunu qeyd edib.

Görüş Bakı Fond Birjasının və "Unicapital İ.Ş” ASC-nin rəsmi səlahiyyətli nümayəndələrinin çıxışları müşayiətidə davam edib. Onlar qeyd olunan istiqrazların korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühitinin formalaşmasında müstəsna rolu olacağını bildiriblər .

Bu hərrac "Unicapital”ın son aylarda həyata keçirdiyi 4-cü 100% uğurlu yerləşdirmədir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
İqtisadiyyat 14:30
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
İqtisadiyyat 12:26
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
İqtisadiyyat 11:41
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
Золото продолжило дешеветь на товарных рынках
İqtisadiyyat 11:20
Золото продолжило дешеветь на товарных рынках
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!
İqtisadiyyat 10:05
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:36
Azərbaycan nefti ucuzlaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:31
"Bitcoin" ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol