• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-la əməkdaşlığın genişlənməsi investisiyalara təkan verə bilər - Şərifov

ABŞ-la əməkdaşlığın genişlənməsi investisiyalara təkan verə bilər - Şərifov
01.07.2026 19:58

ABŞ ilə iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi iki ölkə arasında münasibətlərin inkişafına əlavə təkan verə bilər. Bunu Azərbaycanın baş nazirinin müavini Samir Şərifov çərşənbə günü bildirib.

Onun sözlərinə görə, Azərbaycan və ABŞ enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və iqtisadi əməkdaşlıq sahələrində uzunmüddətli tərəfdaşlıq təcrübəsinə malikdir.

Şərifov bildirib ki, Bakı Vaşinqtonla ticarət-iqtisadi əlaqələrin, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

"İqtisadi əməkdaşlığın institusional mexanizmlərinin inkişafı və investisiya əlaqələrinin dərinləşdirilməsi ikitərəfli münasibətlərə əlavə təkan verə bilər", - o deyib.

Baş nazirin müavini əlavə edib ki, Azərbaycan ABŞ-ın regionda sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir və iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davamının əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə inanır.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol