• $ 1.7
  • € 1.9394
  • ₽ 0.021697
  • ₺ 0.0364
  • £ 2.2511

Quş əti və yumurta istehsalçıları hökumətdən yerli bazarı qorumağı xahiş edib

Quş əti və yumurta istehsalçıları hökumətdən yerli bazarı qorumağı xahiş edib
21.07.2023 09:26
Azərbaycan Toyuq Əti və Yumurtası İstehsalçıları və İxracatçıları Assosiasiyası  daxili bazarın qorunması üçün tədbirlərin görülməsi xahişi ilə Azərbaycan  hökumətinə müraciət edib.

Assosiasiyanın məlumatında qeyd olunur ki, bu gün yerli istehsalçılar yerli bazarı yumurta ilə 130-140%, toyuq əti ilə isə  100% təmin edir. 

"Buna baxmayaraq, bəzi şirkətlər Azərbaycana istehsal tarixi göstərilməyən süfrə yumurtaları, eləcə də bir günlük cücələrin tədarükünü həyata keçirir. Eyni zamanda, idxalçı ölkələr yerli istehsalçıların maraqlarını qorumaq üçün tədbirlər gördüyündən Azərbaycan  istehsalçıları məhsul ixracında çətinliklər yaşayırlar",  -  assosiasiyadan bildirilib.

Bununla bağlı  Azərbaycanın baş nazirinə, iqtisadiyyat və kənd təsərrüfatı nazirliklərinə yerli bazarın qorunması üçün lazımi addımların atılması xahişi ilə müraciət edilib.

O cümlədən, assosiasiya Azərbaycana növbəti kəsim üçün birgünlük toyuqların idxalına əlavə rüsumun tutulmasını, möhür və istehsal tarixi olmayan süfrə yumurtalarının ölkəyə gətirilməsinin qarşısının alınmasını, habelə bu məhsulların idxalı zamanı nəzarət sənədlərinin sayının artırılmasını təklif edir.
 

 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
İqtisadiyyat 14:30
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
İqtisadiyyat 12:26
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
İqtisadiyyat 11:41
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
Золото продолжило дешеветь на товарных рынках
İqtisadiyyat 11:20
Золото продолжило дешеветь на товарных рынках
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!
İqtisadiyyat 10:05
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:36
Azərbaycan nefti ucuzlaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:31
"Bitcoin" ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol