• $ 1.7
  • € 1.9394
  • ₽ 0.021697
  • ₺ 0.0364
  • £ 2.2511

Transxəzər kəmərinin tikintisi real görünmür - Əliyev

Transxəzər kəmərinin tikintisi real görünmür -  Əliyev
21.07.2023 17:32
Transxəzər qaz kəmərinin tikintisi layihəsinin indiki şəraitdə, yəni maliyyə mənbələri aydınlaşana qədər reallaşdırılması qeyri-realdır. Bunu Azərbaycan prezidenti İlham Əliyev bildirib. 

"Boru kəməri sistemlərimizin genişləndirilməsi öz resurslarımızın artması ilə bağlıdır. Xəzərin şərq hissəsindən əlavə qaz həcmləri əldə etmək üçün bu, şübhəsiz ki, Transxəzər sualtı qaz kəmərinin tikintisini tələb edir. İkincisi, Bakıdan Avropa istiqamətində Cənub Qaz Dəhlizinə bənzər infrastruktur yaratmaq lazımdır”, - Əliyev cümə günü Şuşada bildirib.

Dövlət başçısı qeyd edib ki, "bu layihəni kim maliyyələşdirəcək?” sualı yaranır.

"Hələlik bu sualın cavabı yoxdur. Ona görə də bu suala cavab tapılmayana qədər, hesab edirəm ki, bu layihənin həyata keçirilməsi o qədər də real görünmür”, -  Əliyev bildirib.

Prezident onu da vurğulayıb ki, hazırda Avropa bankları təbii resursların hasilatını nəzərdə tutan  layihələrii maliyyələşdirmir və bu layihə üçün vəsait toplamaq çox çətin olacaq.

"CGD layihəsi həyata keçirilən zaman biz Avropa İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və s.-dən vəsait cəlb edirdik. Amma hazırda iki Avropa qurumu belə layihələri deyil , yaşıl enerji layihələrini maliyyələşdirir”, - Əliyev deyib.

Dövlət başçısı Avropada qazın qiymətinin formalaşmasına da toxunub.

"Avropada qaz qiymətlərində də dəyişikliklər müşahidə edirik. Bundan başqa, qazın qiymətinə qoyulan tavan da qəbuledilməzdir. İstehlakçılar Avropa ölkələrinin illərdir bazar prinsiplərinin tərəfdarı olmasına baxmayaraq, bazar iqtisadiyyatı prinsiplərinə zidd olan qiymətlərə həddi müəyyən edirlər. Beləliklə, günümüzün reallıqlarında bu, çox ciddi problemdir. Əgər kimsə Transxəzər layihəsini həyata keçirmək istəsə, biz buna sevinəcəyik. Bizə əlavə tranzit rüsumları ödəniləcək və əməkdaşlıq üçün əlavə imkanlar yaradılacaq”, -  Əliyev yekunlaşdırıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
İqtisadiyyat 14:30
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
İqtisadiyyat 12:26
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
İqtisadiyyat 11:41
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
Золото продолжило дешеветь на товарных рынках
İqtisadiyyat 11:20
Золото продолжило дешеветь на товарных рынках
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!
İqtisadiyyat 10:05
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:36
Azərbaycan nefti ucuzlaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:31
"Bitcoin" ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol