• $ 1.7
  • € 1.9394
  • ₽ 0.021697
  • ₺ 0.0364
  • £ 2.2511

Azərbaycanın dövlət əmlakının özəlləşdirilmədən gəliri 2,3 dəfə artıb

Azərbaycanın  dövlət əmlakının özəlləşdirilmədən gəliri 2,3 dəfə artıb
21.07.2023 21:54
2023-cü ilin yanvar-iyununda özəlləşdirmədən və dövlət əmlakından Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 60,5 milyon manat (cari məzənnə ilə 35,58 milyon ABŞ dolları) təşkil edib. Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat verib.

"2023-cü ilin yanvar-iyununda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 60,5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur", - xidmətdən bildirilib.

2023-cü ilin yanvar-iyununda dövlət əmlakının özəlləşdirilməsi üzrə 28 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin, 11 kiçik dövlət müəssisəsinin, iki köməkçi tikinti sahəsinin və 259 minik avtomobilinin səhmləri özəlləşdirilib.

Bundan əlavə, hesabat dövründə 18 faydalı qazıntı yatağı hərrac vasitəsilə sahibkarların istifadəsinə verilib.

Xidmətdən həmçinin bildirilib ki, 2023-cü ilin birinci yarısında özəlləşdirilən müəssisələrə investisiyaların həcmi 10,4 milyon manat təşkil edib ki, bu da 50 yeni iş yerinin açılmasına imkan verib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
İqtisadiyyat 14:30
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
İqtisadiyyat 12:26
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
İqtisadiyyat 11:41
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
Золото продолжило дешеветь на товарных рынках
İqtisadiyyat 11:20
Золото продолжило дешеветь на товарных рынках
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!
İqtisadiyyat 10:05
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:36
Azərbaycan nefti ucuzlaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:31
"Bitcoin" ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol