• $ 1.7
  • € 1.9394
  • ₽ 0.021697
  • ₺ 0.0364
  • £ 2.2511

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları 14 % artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları 14 % artıb
28.07.2023 18:18
Bu ilin I yarısında Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının sayı 153 872 olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% çoxdur.

Bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, 6 ay ərzində daşımalarda iştirak edən nəqliyyat vasitələrinin sayı isə 11 960 olub, halbuki, 2021-ci ildə bu rəqəm 2 400 idi.

Son 1 ildə milli daşıyıcıların beynəlxalq bazarlarda payı 8 faiz bəndi artıb. 3-cü ölkə daşımaları üzrə göstəricilərdə də artım dinamikası var. Belə ki, Azərbaycan daşıyıcılarının həyata keçirdiyi 3-cü ölkə daşımaları 2 dəfə artıb. 2023-cü ilin yanvar-iyun aylarında 25 318 ədəd 3-cü ölkə daşımaları həyata keçirilib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 12 592 ədəd artıq olub. Avtomobil nəqliyyatı ilə tranzit daşımaların sayında qeydə alınan artım dinamikası isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 52 498 ədəd və yaxud 85,8 % artaraq 113 675 ədədə çatıb.

Bu ilin 6 ayı ərzində ölkəyə idxal olunan dartıcıların sayındakı artım 2,5 dəfəyə yüksəlib. Ötən il istismar olunan dartıcıların sayı 908 ədəd idisə, bu il bu rəqəm 2246-dır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
İqtisadiyyat 14:30
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
İqtisadiyyat 12:26
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
İqtisadiyyat 11:41
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
Золото продолжило дешеветь на товарных рынках
İqtisadiyyat 11:20
Золото продолжило дешеветь на товарных рынках
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!
İqtisadiyyat 10:05
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:36
Azərbaycan nefti ucuzlaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:31
"Bitcoin" ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol