• $ 1.7
  • € 1.9394
  • ₽ 0.021697
  • ₺ 0.0364
  • £ 2.2511

Borclunun əməkhaqqından akseptsiz qaydada tutma 50 faiz həddində ola bilər - QƏRAR

Borclunun əməkhaqqından akseptsiz qaydada tutma 50 faiz həddində ola bilər - QƏRAR
28.07.2023 21:48
Azərbaycanda kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əməkhaqqından akseptsiz qaydada tutmanın 50 faiz həddində aparılması mümkündür.

"Report” xəbər verir ki, Konstitusiya Məhkəməsi "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti əsasında bununla bağlı qərar qəbul edib.

Adıçəkilən bank Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının tətbiqi ilə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının bu il yanvarın 17-də qəbul etdiyi qərarının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını istəyib.
Konstitusiya Məhkəməsinin Plenumu da şikayətdə qaldırılan məsələnin həlli məqsədilə Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının hüquqi mahiyyətinin və təyinatının açıqlanmasını zəruri hesab etdiyindən müvafiq normanın xüsusi konstitusiya icraatı qaydasında şərh edilməsi qənaətinə gəlib.

Qərarda deyilir ki, kassasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarında müvafiq qanunvericilik normalarının düzgün tətbiq edilməməsi halı müəyyən olunmadığından Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416-cı və 418-ci maddələrinə uyğun hesab edilməlidir. Konstitusiyanın 12-ci, 16-cı və 35-ci maddələrinin, habelə Əmək Məcəlləsinin 175-ci və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əməkhaqqının sosial-iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya əsasən borclunun əməkhaqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində aparılması mümkün hesab edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
İqtisadiyyat 14:30
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
İqtisadiyyat 12:26
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
İqtisadiyyat 11:41
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
Золото продолжило дешеветь на товарных рынках
İqtisadiyyat 11:20
Золото продолжило дешеветь на товарных рынках
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!
İqtisadiyyat 10:05
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:36
Azərbaycan nefti ucuzlaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:31
"Bitcoin" ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol