• $ 1.7
  • € 1.9394
  • ₽ 0.021697
  • ₺ 0.0364
  • £ 2.2511

Avropa Qızlar İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru

Avropa Qızlar İnformatika Olimpiadasında Azərbaycanın növbəti uğuru
01.08.2023 10:17
Azercell ilə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı sayəsində Beynəlxalq Olimpiadada ölkəni təmsil edən məktəbli qızlarımız vətənə medallarla dönüblər
 
İsveçdə təşkil olunan Avropa Qızlar İnformatika Olimpiadasında "Azercell Telekom”un dəstəyi ilə təmsil olunan Azərbaycan komandası uğurlu nəticələr əldə edib. Qızlar üçün nəzərdə tutulmuş proqramlaşdırma müsabiqəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Hüseynova (11-ci sinif) qızıl medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Fidan Qarayeva (11-ci sinif) isə gümüş medal qazanıblar.
 
50-dən çox ölkədən 200-ə yaxın məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 şagird ilə təmsil olunub. Müsabiqənin şərtlərinə əsasən gənc iştirakçılar təqdim olunan tapşırıqları həll etmək üçün effektiv alqoritmlər hazırlayaraq uğurlu nəticə nümayiş etdirməyə çalışıblar.
 
"Azercell Telekom” 2017-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məktəblilərin informatika üzrə beynəlxalq yarışlara hazırlıq prosesində iştirak edir. Ölkənin lider mobil operatoru İnformasiya Texnologiyaları sahəsi üzrə təhsilə dəstək, xüsusən də qızların informatika fənninə marağın artırılması, onların İKT sahəsində gələcək mütəxəssis kimi yetişdirilməsi istiqamətində mütəmadi olaraq layihələr həyata keçirir. 
 
Azercell olimpiadaçı qızlarımızı təbrik edir, uğurlarının davamlı olmasını arzulayır! 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BakıKart artıq ABB mobile-da!
İqtisadiyyat 15:45
BakıKart artıq ABB mobile-da!
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
İqtisadiyyat 14:41
Azərbaycanın aqrar və aqrar-sənaye məhsulları ixracı 29%-ə yaxın artıb
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
İqtisadiyyat 14:30
SOCAR BTC neft kəmərinin operatorluğunu BP-dən təhvil aldı
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
İqtisadiyyat 12:26
THY və digər hava yollarına biletlər də DigiTravel-ləABB mobile tətbiqində!
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
İqtisadiyyat 11:41
QDTİB Azərbaycanda 500 milyon avroya yaxın layihəni maliyyələşdirib
Золото продолжило дешеветь на товарных рынках
İqtisadiyyat 11:20
Золото продолжило дешеветь на товарных рынках
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!
İqtisadiyyat 10:05
Yelo Bank-ın “Biznesinə xoş gələcək” kampaniyası uzadıldı!

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:36
Azərbaycan nefti ucuzlaşıb
"Bitcoin" ucuzlaşıb
İqtisadiyyat 09:31
"Bitcoin" ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol