• $
  • £

Rusiya Qafanda konsulluq açmaq istəyir

Rusiya Qafanda konsulluq açmaq istəyir
04.08.2023 13:46
Rusiya Qafan şəhərində baş konsulluq açmağa hazırlaşır. Bu barədə  Rusiya Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib. 

O bildirib ki, Rusiya diplomatları sentyabrda baş konsulluğun açılması məsələsi ilə əlaqədar Qafana gələcəklər.

"İndi diplomatik nümayəndəliyin tam formatlı açılışına fəal hazırlıq gedir. Bu təşəbbüs mayın 25-də Moskvada keçirilən görüşdə liderlərimiz tərəfindən bəyənilib. Artıq sentyabr ayında Rusiya diplomatları bölgəyə səfər edəcəklər, onlar əməliyyat məsələləri ilə yerindəcə məşğul olacaqlar",-  Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib
 
Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə bildirir ki, konsulluqların açılması Azərbaycan üçün heç bir təhlükə yarada bilməz.
 
"Konsulluğun açılması sadəcə imic xarakterlidir. Əvvəlcə İran burda öz mövcudluğunu möhkəmləndirmək üçün konsulluq açdı. İndi isə Rusiya eyni addımı atır. Təssüflər olsun ki, qeyri müəyyən məqsədlər yenədə var. Bunu təxribatlardan görmək mümkündür. Bu gərginlik fonunda müəyyən addımlar münasibətləri daha da çıxılmaz vəziyyətə salır. Onlar başa düşməlidirlər ki, bu proseslər onlara heç bir mənfəət gətirməyəcək",-politoloq əlavə edib.
 
Ötən ilin oktyabrında İran da Qafanda konsulluq açmışdı. Açılış mərasimində İran XİN-in Ermənistanda səfərdə olan başçısı Hüseyn Əmir Abdullahian da iştirak edib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol