• $
  • £

Putin və Ərdoğanın görüşündə Azərbaycanı nə gözləyir - ŞƏRH

Putin və Ərdoğanın görüşündə Azərbaycanı nə gözləyir - ŞƏRH
07.08.2023 16:07
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə avqust ayı ərzində səfərinin olması planlaşdırılır. Bu barədə Türkiyənin "Hürriyet" qəzəti xəbər verib.

Putinin Türkiyəyə səfəri ərzində Taxıl sazişini bərpası, Suriyadaki durumu, Zəngəzur dəhlizini və Rusiya-Ukrayna münasibətlərini də danışacaqları planlaşdırılır. Həm rəsmi Ankara, həm də Moskva görüşü olacağı planlaşdırılır.

Politoloq İlyas Hüseynov Putin və Ərdoğanın görüşünün Azərbaycana necə təsirləri ola biləcəyini və Zəngəzur dəhlizi haqqında necə qərarlar verilə biləcəyi haqqında fikirlərini bölüşüb.  

"Avqustun sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında görüş böyük bir coğrafiya üçün mühüm aktuallıq kəsb edir. Görüşdə bir sıra məsələlər müzakirə olunacaq. Taxıl dəhlizindən tutmuş Rusiya və Türkiyənin maraqlarının kəsişdiyi, bir sıra bölgələr masaya yatırılacaq və burda Suriyadaki durumla yanaşı Cənubi Qafqazda da gedən proseslər əsas müzakirə mövzusu kimi diqqət çəkir. Bizim üçün maraqlı olan məsələ, Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Çünki, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, kommunikasiya hətlərinin açılması, nəqliyyat arteriyalarının istifadəyə verilməsi böyük bir coğrafiyada sülhü, sabitliyi və təhlükəsizliyi möhkəmləndirəcək. Və bir sıra ekspertlərin də bildirdiyinə görə, ticari münasibətlər daha da inkişaf etdikcə, sülhün dayanıqlığı da daha da möhkəmlənir. 3 ilə yaxındır ki, bu dəhlizin açılması barədə müzakirələr hələ də praktiki nəticələr verməyib. 2021-ci ilin 11 yanvar tarixində, Moskvada Azərbaycan Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla işçi qrup formalaşdı. Bu işçi qrup ötən dövr ərzində, fiziki təmaslar həyata keçirdi və virtual görüşlər oldu lakin, Ermənistan qeyri-konstruktiv münasibət sərgiləyir. Burada, əvvəlcə kommunikasiyalar üzərində suverənlik fikrini irəli çəkirdi. Yol və dəhliz ritorikası ətrafında müzakirələr gedirdi. Amma hazırda prosesi yubadmaq və vaxt uzatmaq üçün heç bir əsas yoxdur. Və burada artıq belə görünür ki, regional mühüm geo-siyasi aktorlar müzakirə ilə bu problemin öhdəsindən gələ bilərlər. Lakin artıq regional geo-siyasi reallıqlar və danışıqlar kontekstində artıq Avropa İttifaqı da bu prosesin tərkibindədir. Bir sıra hallarda Vaşinqton da bu prosesin arxasında dayanır. Və bu prosesin daha da sürətlənməsi ilə nəticələnə bilər”, - İlyas Hüseynov bildirib.

O həmçinin deyib ki, regional güc mərkəzi kimi Türkiyə və Rusiyanın mühüm təsir elementləri vardır ki, bu təsir nəticəsində regional proseslər daha da sürətlənə bilər.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Putin və Ərdoğanın görüşünün Azərbaycana üzərində nə kimi effektləri ola biləcəyi ilə bağlı fikirlərini bildirib. 


Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol