• $
  • £

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
08.08.2023 11:27
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustda Azərbaycana səfəri gözlənilir. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” adlı dəyirmi masada BMTM-nin rəhbəri Fərid Şəfiyev deyib.
 
Mirziyoyevin səfəri zamanı Füzulidə Özbəkistan tərəfindən tikilən məktəbin açılışının olacağı gözlənilir.
 
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Özbəkistanın Fizulidə təhsil müəssisəsi tikməsi iki ölkə arasında əlaqələrin inkişafına bilavasitə töhvə verən bir məsələdir.
 
"Bu səfər Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Son vaxtlar Azərbaycanla Özbəkistan arasında əlaqələr daha da inkişaf edir. Bu əlaqələrin yeni mərhələyə qədəm qoyduğunun şahidiyik. Özbəkistanın Füzulidə təhsil müəssisəsi tikməsi və Azərbaycanın Qarabağda gördüyü işlərə böyük dəstək verməsi iki ölkə arasında əlaqələrin inkişafına bilavasitə töhvə verən bir məsələdir. Bu gün bizim əlaqələrimiz sürətlə inkişaf edir və Orta Asiya respublikaları ilə Azərbaycan arasında sürətli işlər gedir. Hesab edirəm ki, bu çox önəmli bir məsələdir. Bu bütövlükdə əlaqələrin daha da inkişaf etməsinin göstəricisidir. Mövcud əlaqələr Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində də özünü açıq şəkildə göstərir. İki ölkə arasında qarşılıqlı əlaqələr bununla bitməyəcək və bundan sonra da bir sıra yeni layihələrin təməli qoyulacaq”, - deputat bildirib.
 
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev sonuncu dəfə martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib.
 
Hazırda Azərbaycanla Özbəsitan arasında parlamentarası əlaqələr işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 1997-ci il yaradılıb. Hazırda deputat Eldar İbrahimov bu işçi qrupunun rəhbəridir. Özbəsitan parlamentində isə hazırda Azərbaycanla əlaqələr işçi qrupu yoxdur.  
 
Eltac Nurullazadə
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol