• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

Sabirabadda bələdiyyə sədrlərinə cinayət işi açılıb

Sabirabadda bələdiyyə sədrlərinə cinayət işi açılıb
10.08.2023 18:19

Bələdiyyənin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib.

Sabirabad rayon prokurorluğundan  verilən məlumata görə, Sabirabad rayon Qaralar bələdiyyəsinin sabiq sədri Nəzirağa Quliyev və onun müavini, hazırkı bələdiyyə sədri Niyaməddin Məmmədovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla Nəzirağa Quliyev və Niyaməddin Məmmədovun 2015-2019-cu illər ərzində xeyli miqdarda bələdiyyə əmlakını mənimsəmələrinə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələrinə, vəzifə səlahiyyətlərini aşaraq bələdiyyənin mülkiyyət hüququ tanınmayan torpaq sahəsini satmalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sabirabad rayon məhkəməsinə göndərilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi talassemiya hallarında yeganə tam müalicə üsulu sümük iliyi transplantasiyasıdır
Cəmiyyət 17:00
Bəzi talassemiya hallarında yeganə tam müalicə üsulu sümük iliyi transplantasiyasıdır
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Cəmiyyət 16:21
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Səhiyyə Nazirliyi qeydiyyatsız botoks və dolğularla bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:20
Səhiyyə Nazirliyi qeydiyyatsız botoks və dolğularla bağlı əhaliyə müraciət edib
Rezidenturaya ixtisas seçimi başlayıb
Cəmiyyət 15:14
Rezidenturaya ixtisas seçimi başlayıb
Prezident xüsusi icra məmurları ilə bağlı Qanun imzalayıb
Cəmiyyət 13:38
Prezident xüsusi icra məmurları ilə bağlı Qanun imzalayıb
Sabah Sumqayıtda 5 min abonentin qazı kəsiləcək
Cəmiyyət 13:18
Sabah Sumqayıtda 5 min abonentin qazı kəsiləcək
Sabah yağış yağacaq
Cəmiyyət 12:51
Sabah yağış yağacaq
Ağdərə və Qubadlıda baş verən yanğınlar söndürülüb
Cəmiyyət 12:36
Ağdərə və Qubadlıda baş verən yanğınlar söndürülüb
Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edilib
Cəmiyyət 11:16
Magistraturaya boş qalan plan yerlərinə qəbul elan edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol