• $
  • £

XİN-də Azərbaycan-Litva əməkdaşlığı müzakirə olunub

XİN-də Azərbaycan-Litva əməkdaşlığı müzakirə olunub
10.08.2023 20:49

Nazir Ceyhun Bayramov Litvanın Azərbaycandakı səfiri Eqidius Navikas ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə, Azərbaycan və Litva arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan və Litva arasındakı münasibətlərin inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Eqidius Navikasa təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Nazir Ceyhun Bayramov, son dövrlərdə Azərbaycan və Litva arasında ali və yüksək səviyyəli qarşılıqlı təmasların və səfərlərin artmasının ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Bu xüsusda, cari ilin may ayında Litva Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasının keçirilməsinin bir sıra sahələr, o cümlədən iqtisadiyyat, enerji təhlükəsizliyi, investisiyalar, bağlantılar və s. sahələr üzrə əməkdaşlığın inkişafı ilə bağlı perspektivlərin müzakirəsi baxımından əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəf məlumatlandırıb. Ermənistanın beynəlxalq hüquq normalarına, üzərinə götürdüyü öhdəliklərə və verdiyi bəyanatlara zidd olaraq ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı hərbi-siyasi təxribatlarını, mina təhdidini davam etdirməsinin sülh gündəliyinin irəli aparılmasına ən böyük hədə olduğunu bildirib.

Cari ilin 15 iyun tarixində Laçın sərhəd buraxılış məntəqəsinə qarşı sərhədçimizin yaralanması ilə nəticələnmiş təxribat törədən Ermənistanın ölkəmiz ilə razılaşdırmadan ərazilərimizə "humanitar yük” adı altında konvoylar göndərməsinin beynəlxalq ictimaiyyəti yanlış yönləndriməyə hesablanmış növbəti təxribat olduğu diqqətə çatdırılıb. Erməni sakinlər üçün daha çox məhsulların tədarükü üçün tərəfimizdən "Ağdam-Xankəndi” yolundan istifadə ilə bağlı təklifin rədd olunmasının məsələnin humanitar deyil, tamamilə siyasi xarakter daşıdığını göstərdiyi vurğulanıb.

Səfir Eqidius Navikas, səmimi qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edib. Azərbaycanda fəaliyyət göstərdiyi müddətin COVID-19 pandemiyası ilə üst-üstə düşməsinə baxmayaraq, ölkəmizdə çalışdığı dövrdə Azərbaycan və Litva arasında münasibətlərin inkişafında müsbət dinamikanın müşahidə olunmasının məmnunluq doğurduğu bildirilib. Xüsusilə, iki ölkə arasında mövcud siyasi münasibətlərin iqtisadiyyat, energetika, nəqliyyat və bağlantılar sahələrində də əlaqələrin inkişafına təkan verməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol