• $
  • £

Türkiyə XİN Laçın yolu ilə bağlı bəyanat yayıb

Türkiyə XİN Laçın yolu ilə bağlı bəyanat yayıb
14.08.2023 17:50
Türkiyə Laçın yolundakı prosesləri yaxından izləyir. Bu barədə Türkiyə XİN-in bəyanatında qeyd olunub.  

"Təəssüflər olsun ki, Azərbaycanın uzun müddətdir dilə gətirdiyi bu narahatlıqlar diqqətə alınmayıb və bunun da nəticəsində Azərbaycan öz suveren haqları çərçivəsində uyğun bildiyi tədbirləri görüb. Türkiyə Laçın yolu mövzusunda Azərbaycana qarşı tənqidlərin əsasının olmadığı qənaətindədir. Hazırda Laçın yolundan tibbi məqsədli keçidlərin təmin edilməsi, eləcə də məhsulların daşınması üçün uyğun olan digər marşrutların təsis edilməsi Azərbaycanın maksimum səy nümayiş etdirdiyini göstərir”, - deyə bəyanatda qeyd olunub. Həmçinin qeyd olunub ki, Türkiyənin Ermənistandan gözləntisi ölkənin təxribatlardan çəkinməsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması, Qarabağda olan erməni əhalinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi və digər alternativ yollardan istifadə olunmasına, eləcə də erməni əhalinin Azərbaycana reinteqrasiya prosesinə dəstək verməsidir", - bəyanatda bildirilib. 
 
Avqustun 9-da Litva, 4-də isə Kanada Laçın yolunun "bağlı" qalmasına narahatlığını ifadə edən bəyanat yayıb. 
 
Avqustun 1-də Azərbaycan prezidenti İlham Əliyev "Euronews” telekanalına müsahibəsində deyib ki, Laçın sərhəd-buraxılış məntəqəsində hərəkət azadlığı bloklanmayıb. 
 
İyulun 14-də Xankəndidəki erməni vətəndaşlar Azərbaycana qarşı aksiyaya başlayıblar.  Separatçı rejimin rəhbəri Araik Arturyuan  iyulun 17-də aksiyaya qoşulsa da iyulun 26-da aksiyanı dayandırdığını elan edib. 
 
İyulun 11-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX)  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılıq faktlarının aşkarlanmasına görə Laçın sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq dayandırıb. 

2023-cü ilin aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılmasını elan edib.
 
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol