• $
  • £

Azərbaycan XİN Fransa xarici işlər nazirinə cavab verib

Azərbaycan XİN Fransa xarici işlər nazirinə cavab verib
16.08.2023 09:01
Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın xarici işlər naziri Katrin Kolonanın Laçın dəhlizinin "blokada" qalması iddialarını rədd edir. Bu barədə nazirliyin açıqladığı bəyanatda deyilir. 
 
Fransanın xarici işlər naziri avqustun 15-də Ermənistanın xarici işlər naziri ilə telefon danışığında Laçın yolunun "blokada"da olmasından və "erməni sakinlərin ciddi humanitar böhranla üzləşdiyi"ndən narahat olduğunu açıqlayıb. 

"Guya Laçın yolunun Azərbaycan tərəfindən "blokadada” saxlanıldığı və bunun nəticəsində "erməni sakinlərin ciddi humanitar böhranla üzləşdiyi” ilə bağlı iddialarla əlaqədar bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın Laçın yolunda vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verilməsi öhdəliyinə uyğun olaraq, eləcə də, Ermənistan tərəfindən Laçın yolundan hərbi və qeyri-qanuni iqtisadi məqsədlər üçün sui-istifadə hallarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinin blokada kimi qələmə verilməsi absurddur. Bu yoldan gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə onlarla erməni sakinin hər iki istiqamətdə hərəkətinin təşkil olunduğu Fransa tərəfinə yaxşı məlumdur. Bununla yanaşı, Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli qərarına istinad edən Fransa tərəfinin, Laçın sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması barədə Ermənistanın tələbinin sözügedən məhkəmə tərəfindən 6 iyul tarixli qərarla yekdilliklə rədd edilməsinə əhəmiyyət verməməsi də, bu ölkənin niyyətinin sağlam olmadığını nümayiş etdirir", - XİN-in bəyanatında qeyd olunub. 
 
Avqustun 16-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ermənistanın tələbi ilə Qarabağdakı humanitar vəziyyət müzakirəyə çıxarılacaq. Azərbaycan tərəfdən Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev və Ermənistan tərəfdən xarici işlər naziri Ararat Mirzoyan iclasda iştirak edəcək.
 
Avqustun 14-də Türkiyə Xarici İşlər Nazirliyi Laçın yolundakı baş verən prosesləri yaxından izlədiyini açıqlayıb. 
 
Avqustun 9-da Litva, 4-də isə Kanada Laçın yolunun "bağlı" qalmasına narahatlığını ifadə edən bəyanat yayıb. 
 
Fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycana qonşu Ermənistanla davam edən hüquqi mübahisələrdə Laçın dəhlizində gediş-gəlişi təmin etməyi tapşırıb. 
 
Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə bəyanatlarında bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanla bağlı üzərinə düşən işləri yerinə yetirməyib. 


Avqustun 1-də Azərbaycan prezidenti İlham Əliyev "Euronews” telekanalına müsahibəsində deyib ki, Laçın sərhəd-buraxılış məntəqəsində hərəkət azadlığı bloklanmayıb. 
 
İyulun 14-də Xankəndidəki erməni vətəndaşlar Azərbaycana qarşı aksiyaya başlayıblar.  Separatçı rejimin rəhbəri Araik Arturyuan  iyulun 17-də aksiyaya qoşulsa da iyulun 26-da aksiyanı dayandırdığını elan edib. 
 
İyulun 11-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX)  Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılıq faktlarının aşkarlanmasına görə Laçın sərhəd-keçid məntəqəsini müvəqqəti olaraq dayandırıb. 

2023-cü ilin aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılmasını elan edib.
 
İyunun 15-də Ermənistan silahlı qüvvələri Laçın dəhlizində Azərbaycan sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb. Azərbaycan Xarici İşlər Nazirliyi baş verən hadisəni pisləyib və "beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə" çağırıb. 
 
Gülnar Nazimqızı 

 
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol