• $
  • £

İran Tehrandaki Azərbaycan səfirliyinin bərpa edilməsini istəyir

İran Tehrandaki Azərbaycan səfirliyinin bərpa edilməsini istəyir
18.08.2023 18:19
İranın xarici işlər naziri  Hüseyn Əmir Abdullahian media nümayəndələri ilə görüşündə diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyətin İranın üzərinə düşdüyünü qəbul etdiklərini bildirib. 

"Azərbaycan Respublikasının İrandakı səfirliyində baş vermiş insidentdə bir çox qeyri-müəyyənliklər olub. Bu, şəxsi qisas xarakteri daşısa da, diplomatik  nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibinin üzərinə düşdüyünü qəbul edirik. Bundan başqa, bütün dövlətlər diplomatik məkanların və şəxslərin qorunmasına cavabdehdirlər, lakin müasir dünyada belə hadisələr heç də bir ölkənin səfirliyinin bağlanmasına səbəb ola bilməz. Ümid edirik ki, tezliklə bu işlə bağlı məhkəmə qərarı veriləcək. Bizim məhkəmə müstəqildir. Məhkəmənin hökmündən və İranla Azərbaycan arasında əlaqələrin bərpasına maneə aradan qaldırıldıqdan sonra növbəti addımlar atılacaq”, - XİN rəhbəri qeyd edib.

Bu məsələ ilə bağlı İran və Qafqaz üzrə siyasi ekspert Kərim Əsgəri də fikirlərini bildirib. 

"Unutmayaq ki, bütün ölkələr, ölkələrində bulunan səfirliklərin qorunub saxlanmasına görə  məsuliyyət daşıyırlar. Odur ki, İran bu məsuliyyətsizliyi saxlaya bilməz.  Ümumiyyətlə, son vaxtlar İran çalışır ki, , hansı xarici ölkələrlə problem yaşayırsa onunla əlaqələrini düzəltsin.  Buna Səudi Ərəbistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri da daxildir. Amma Azərbaycan məsələsi çox mürəkkəb və eyni zamanda çox həssas  məsələdir. Amma İran hər zaman Ermənistanyönlı bir siyasət sərgiləyib, 1991-ci ildən bu günədək həmişə belə edib, indidən sonra da belə olacaq”, - Kərim Əsgəri deyib. 

Onun fikrincə, İranın Ermənistan-Azərbaycan məsələlərində Azərbaycanın tərəfini tutmaq fikri yoxdur. 

"Bu sadəcə  Cənubi Azərbaycan faktorudur. Çünki, İranın içində Cənubi Azərbaycan gerçəyi var.  İran bunu hər zaman xüsusi ilə  Azərbaycanın müstəqilliyindən sonra özünə bir ciddi güvənlik məsələsi olaraq görüb. Həm birinci, həm də ikinci Qarabağ Müharibəsində İran həmişə Ermənistanı dəstəkləyib, onun tərəfini tutubr.  Heç bir zaman İran Azərbaycanla əlaqələrində səmimi və dost olmayacaqdır. Çünki özünün içində bir güvənlik problemi hiss edir.  Azərbaycanda da hökümət rəsmiləri yenidən səfirliyin açılması üçün  həm səfirliyin güvənliyi, həm Zəngəzur koridoru ilə bağlı bir çox təminatlar və garantilər almaları lazımdır. Baxın, Səudi Ərəbistan səfirliyinə olan hücumdan sonra 7 ildir ki, münasibətlər hələ də düzəlməyib. Qaldı ki, bizə olan hücumda bir nəfər şəhid oldu. Bu çox ciddi bir məsələdir. Bir də o hücumçuların mahiyyəti ilə bağlı, ilk dəfə bu şəxs tutulduğunda həm hökümət, həm də mətbuat istədi ki, bu şəxsin dəli olduğunu, əqli dəngəsinin yerində olmadığını desinlər”, - Əsgəri vurğulayıb. 

İran məsələləri üzrə ekspert Məhsa Mehdizadə İran-Azərbaycan əlaqələrində İranın mövqəyi haqqında fikirlərini bildirib. 

"Tehrandaki Azərbaycan səfirliyinə olan hücum ilə bağlı İranın hələ hücumçuları tutması kimi ciddi bir addım hələ görülməyib. Amma sonuç olaraq, İran və Azərbaycan qonşudurlar. Bu məsələ bir yolla çözülməlidir və bu bir sürəçdir. Mən inanmıram ki, Azərbaycan səfirliyinin güvənliyi təmin olunmadan bu sürəç yenidən başladılsın. Əmniyyəti təmin olunmasa, İran Azərbaycanın buna nəzarət etməsinə icazə verməzsə, Azərbaycanın bu məsələni tutacağını fikirləşmirəm. Amma bunu unutmayaq ki, özəlliklə ikinci Qarabağ Müharibəsi sonrası, Cənubi Qafqazda İran haradaysa eşiyə çıxarırdı. Həm öz yanlış siyasətləri nəticəsində, həm də İranın ən önəmli stratejik müttəfiqi Ermənistanın məğlubiyyətini və Azərbaycanın torpaqlarını geri qaytarmasını istəmirdi. İllərdir Ermənistan-Azərbaycan arasında olan bu krizi öz çıxarları üçün işlətdi. Bu məsələ İranın işinə gedirdi. Ancaq bölgədə normallaşmanın getməsi, İran nə qədər istəməsə də bu normallaşmağa mane ola bilməməsi, həmçinin illər boyu investisiya etdiyi Ermənistanı da Azərbaycan və Türkiyə normallaşmasında itirməsi deməkdir. Buna görə İran məcburdur ki, sərhədlərini göstərərək Azərbaycana olan hücumlarından gəri çəkiləcək. Ermənistan Azərbaycan arasında normallaşma prosesi başlasa və Zəngəzur korridoru məsələsi həll olunsa, İranın başqa yolu qalmayacaq, çünki onun ən stratejik müttəfiqi və Ermənistanın nəfəs borusu İran idi”, - Mehdizadə söyləyib. 

O həmçinin bildirib ki, Ermənistan-Azərbaycan məsələlərinin normallaşması və Cənubi Azərbaycan faktorunu da nəzərə alaraq İran bundan sonra Azərbaycana qarşı daha diqqətlə yanaşacaq. 
 
Rabia Hale Seferoğlu

Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Siyasət 14:57
Əliyev: Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol