• $
  • £

Azərbaycan Qarabağ separatçısı Matevosyana qarşı cinayət işi açıb

Azərbaycan Qarabağ separatçısı Matevosyana qarşı cinayət işi açıb
22.08.2023 15:14
Azərbaycanın Baş Prokurorluğu Xankəndində yaşayan Karen Matevosyanın videomüraciətindən sonra ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi açıb.

 Baş Prokurorluğun İstintaq İdarəsi avqustun 21-də Telegram kanalda rus dilində dərc edilmiş videomüraciət və digər internet informasiya resursları əsasında araşdırma aparıb.

Baş Prokurorluqdan bildirilib ki, araşdırma zamanı müəyyən edilib ki, "Matevosyan videomüraciətində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində yaşayan erməni əsilli insanlara istinad edərək, bu ərazini qanunsuz dövlət qurumlarının olduğu ərazi adlandırıb. 

"Daha sonra o, Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan və ölkəmizin Silahlı Qüvvələrinin tərkibinə daxil olmayan Yerli Özünümüdafiə Qoşunları silahlı birləşməsinin komandiri olduğunu, habelə hərbi əməliyyatlarda iştirak etdiyini açıq şəkildə bildirib”, - prokurorluq  əlavə edib.

Bundan başqa, Baş Prokurorluğun sözlərinə görə, o, Azərbaycan xalqına qarşı nifrətdən ibarət çıxış edib, azərbaycanlıları düşmən adlandırıb. 
 
"Azərbaycan xalqınn milli ləyaqətinin alçaldılmasına yönəlmiş fikirlər səsləndirib, Xankəndi və onun ətrafında yaşayan erməni əsilli insanları bu cinayətlərdən çəkinməyə çağırıb. Azərbaycanlılara qarşı mübarizə aparmaq üçün birləşmək lazımdır  deyi",  -bəyanatda deyilib. 
 
Qeyd olunanlar əsasında avqustun 22-də Azərbaycanın Baş Prokurorluğu tərəfindən   Cinayət Məcəlləsinin 279.1 (Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr və dəstələr yaratma) və 283.1 (Milli ədavətin və düşmənçiliyin salınması) maddələri cinayət işi başlanıb.

İbtidai istintaq Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol