• $
  • £

Paşinyan: Sülh sənədi ilə bağlı Bakıdan təkliflər sənədini almışıq

Paşinyan: Sülh sənədi ilə bağlı Bakıdan təkliflər sənədini almışıq
14.09.2023 13:21
Ermənistan hökuməti Azərbaycan tərəfdən sülh sazişi ilə bağlı təkliflər alıb və onlara cavab verəcək. Bunu baş nazir Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.

"Ermənistan Azərbaycandan sülh müqaviləsinin mətninə yeni şərhlər alıb. Biz ağlabatan müddətdə işləyəcəyik və şərhlərimizi təqdim edəcəyik. Regionumuzda sülhə alternativ yoxdur, bu, təhlükəsizliyi və ərazi bütövlüyünü təmin edən yeganə həll yoludur. ”, - deyə o qeyd edib.


Ermənistan Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, sərhəddə vəziyyət gərgin olaraq qalır. Onun sözlərinə görə, Azərbaycan Ermənistanla sərhəddə və Qarabağdakı təmas xəttində qoşun və texnikanın hərəkətini davam etdirir.

Sentyabrın 13-də Rəsmi Bakı Ermənistan tərəfinə "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi ilə yeni şərhlər göndərdiyini açıqlayıb. 
 
Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu dəfə "France-Press"ə müsahibəsində vurğulayıb ki, sülh müqaviləsi imzalanmayana və bu müqavilə hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmayana qədər müharibə ehtimalı çox yüksəkdir.

Azərbaycan prezidenti İlham Əliyev isə Şuşada keçirilən sonuncu Qlobal Media Forumda söyləyib ki, bu ilin sonuna kimi Ermənistanla sülh müqaviləsinin imzalanmasını real hesab edir.

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanat ilə dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Hazırda sülhməramlıların fəliyyətinin 2 il yarımı bitib. Bu dövrdən sonra Azərbaycan Ermənistanla  bir çox rəsmi görüşlər keçirib. Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri gedir. 
 
 
Gülnar 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş prokuror Çinə rəsmi səfərə gedib
Siyasət 16:05
Baş prokuror Çinə rəsmi səfərə gedib
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Siyasət 14:56
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Siyasət 13:46
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol