• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

Azərbaycana gətirilən mobil cihazların qeydiyyatına görə rüsum azaldılır

Azərbaycana gətirilən mobil cihazların qeydiyyatına görə rüsum azaldılır
15.09.2023 12:20
Fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğləri azaldılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəsə əsasən, qeydiyyata görə dövlət rüsumunun məbləği bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün 20 manatdan 15 manata endirilir. Həmin cihazlar istisna olmaqla, digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri də azaldılır. Başqa sözlə, qeydiyyata görə dövlət rüsumunun məbləği mobil cihazların bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 20 manat, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 30 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 40 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 50 manat, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 70 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 100 manat.

Qüvvədə olan qanuna görə, qeydiyyata görə dövlət rüsumunun məbləği mobil cihazların bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 30 manat, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 50 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 60 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 70 manat, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 100 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manatdır.

Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar üçün dövlət rüsumu isə 20 manatdan 15 manata endirilir.

Qanun qəbul edildiyi halda dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Cəmiyyət 10:37
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Cəmiyyət 14:20
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Cəmiyyət 15:02
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Cəmiyyət 13:17
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Cəmiyyət 14:39
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Cəmiyyət 16:02
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Vergi işçiləri təltif olunub - Sərəncam
Cəmiyyət 16:07
Vergi işçiləri təltif olunub - Sərəncam
Hərbçilərin pensiya yaşı artırılıb
Cəmiyyət 13:25
Hərbçilərin pensiya yaşı artırılıb
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Cəmiyyət 17:39
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol