Latviyada yeni hökumət qurulub

Latviyanın Seymi (birpalatalı parlament) səs çoxluğu ilə Yeni Birlik partiyasını təmsil edən Evika Silinanın başçılığı ilə yeni hökuməti təsdiqləyib.
Bu barədə Latviyanın LSM dövlət televiziyası məlumat yayıb.
Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqini 53 deputat dəstəkləyib. Hakim koalisiyaya Yeni Birlik (26 yer), Yaşıllar və Kəndlilər İttifaqı (NWK, 16) və Proqressivlər (10) partiyaları daxildir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər