• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

Ombusdman beynəlxalq ictimaiyyətə müraciət edib - Ermənistana təziq göstərin

Ombusdman beynəlxalq ictimaiyyətə müraciət edib - Ermənistana təziq göstərin
19.09.2023 12:44
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq ictimaiyyəti dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün Ermənistana təzyiq göstərməyə və bu ölkənin törətdiyi mina terroruna reaksiya verməyə çağırıb. Bu barədə qurumun yaydığı bəyanatda bildirilib. 
 
Ombusdman bildirilib ki,  Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən mina terroru azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan mülki şəxslərin həyat və sağlamlıqlarına təsir etməklə yanaşı, nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə ciddi maneə yaradır.
 
Sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavəndin ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlayıb.
 
Həmçinin terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu nəqliyyat vasitəsi Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb. Baş vermiş partlayışlar nəticəsində iki mülki şəxs və Nazirliyin dörd əməkdaşı həlak olub.
 
Baş vermiş terror aktı ilə bağlı XİN açıqlama yayaraq vurğulayıb ki, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatları və törətdiyi terror aktları qətiyyətlə pislənməli və onların qarşısı alınmalıdır. 
 
2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər vəfat edib. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra dayandırılıb. Bəyanatdan sonra Rusiya sülhməramlıları 5 il müddətində Qarabağa müvəqqəti sülhməramlı kimi yerləşdirilib. Bu dövrdən sonra Azərbaycan və Ermənistan dövlət başçıları, o cümlədən hər iki ölkənin xarici işlər nazirləri  bir çox rəsmi görüşlər keçirib. Hazırda sülh müqaviləsi üzərində danışıq prosesləri getsə də tərəflər bir birini təxribatlar törətməkdə günahlandırır və bu, ekspertlərin fikrincə,  sülh müqaviləsinin imzalanmasına əngəl yaradır. 
 
Gülnar 
 
 

 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Ər-Riyadda Rusiya-ABŞ danışıqları başa çatıb - Yenilənib
Siyasət 18:50
Ər-Riyadda Rusiya-ABŞ danışıqları başa çatıb - Yenilənib
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Siyasət 15:15
Ərdoğan İsraili Fələstinə dəymiş ziyanı ödəməyə çağırıb
Navalnının keçmiş 3 vəkili həbs olunub
Siyasət 15:18
Navalnının keçmiş 3 vəkili həbs olunub
Rusiya mülki təyyarələri vurur - baş nazir
Siyasət 20:28
Rusiya mülki təyyarələri vurur - baş nazir
Zelenski Trampdan dəstək gözlədiyini açıqlayıb
Siyasət 17:18
Zelenski Trampdan dəstək gözlədiyini açıqlayıb
Polşanın Azərbaycandakı səfiri XİN-ə çağrılıb
Siyasət 12:04
Polşanın Azərbaycandakı səfiri XİN-ə çağrılıb
Azad Avropa/Azadlıq Radiosu
Siyasət 16:19
Azad Avropa/Azadlıq Radiosu" nun keçmiş əməkdaşı həbs edilib
Ermənistan MDB iclasında 2 bəyanatı imzalamaqdan imtina edib
Siyasət 09:13
Ermənistan MDB iclasında 2 bəyanatı imzalamaqdan imtina edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol