Qondarma rejim özünü yanvarın 1-dən buraxdığını elan edib
Qondarma Dağlıq Qarabağ respublikasının "prezidenti" Samvel Şahramanyan qondarma rejimin 2024-cü il yanvarın 1-dən buraxılması barədə qərar verib. Bu barədə Ermənistan mətbuatı xəbər verib.
Bildirilib ki, bütün "dövlət qurumları" və "təşkilatları" fəaliyyətini dayandırır.
"2024-cü il yanvarın 1-dək onların idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və "Artsax" Respublikası öz fəaliyyətini dayandırsın. "Dağlıq Qarabağ"ın əhalisi, o cümlədən respublikadan kənarda yaşayan əhali bu "fərman" qüvvəyə mindikdən sonra müstəqil və fərdi qaydada qərar qəbul etmək üçün Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsun", - məlumatda deyilir.
Sentyabrın 28-də separatçı rejimin "preizndet müşaviri" Davit Babayan da facebook hesabında Azərbaycana təslim olmaq üçün Şuşaya getdiyini açıqlayıb.
Sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin əməkdaşları qondarma rejimin keçmiş "dövlət naziri" Ruben Vardaryanı Laçında saxlayaraq Bakıya aidiyatı qurumlara təhvil verilməsi üçün yola salıb.
Sentyabrın 27-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev «DW» nəşrinə açıqlamasında Azərbaycanın heç kimi Qarabağı tərk etməyə məcbur etmədiyini, Qarabağı tərk etməyin sakinlərin şəxsi və fərdi qərarları olduğunu bildirib.
Sentyabrın 23-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında Qarabağda yaşayan erməniəsilli sakinlərin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılması, onların pasportlaşdırılması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işinin diqqətdə saxlandığını deyib.
Sentyabrın 19-da Bakı lokal antiterror tədbirlərinə başladığını elan edib və erməni hərbçilərinin bölgədən çıxarılmasını tələb edib. İrəvan Qarabağda erməni silahlı qüvvələrinin olmadığını bəyan edib və baş verənləri "genişmiqyaslı təcavüz” adlandırıb. Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olundu və ertəsi gün Azərbaycanın Yevlaxda Bakı və Qarabağın erməni əhalisinin nümayəndələrinin "reinteqrasiya məsələlərini müzakirə etmək üçün” görüşü keçirilib.

Gülnar Nazimqızı
www.anews.az