• $
  • £

ABŞ Bakıya hərbi yardımı dayandırmalıdır - Ben Kardin

ABŞ Bakıya hərbi yardımı dayandırmalıdır - Ben Kardin
05.10.2023 08:54
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Vaşinqtonu Bakıya hərbi yardımın göstərilməsini dayandırmağa çağırıb. Bu barədə Tacc agentliyi Kardinin bəyanatına istinadan yazıb. 
 
"ABŞ Qarabağda "sərt kampaniyanı” dayandırana qədər Azərbaycana yardımı dayandırmalıdır", - o bildirib. 
 
Kardin Qarabağda son proseslərə görə Azərbaycanı kəskin "tənqid" edib. O, ABŞ Qarabağdan çıxan ermənilərə "dəstək" olmağa çağırıb. 
 
O, Azərbaycan hakimiyyətini hərəkətlərinə görə kəskin tənqid edib. Kardin yaşayış yerlərini tərk edən ermənilərə yardımın genişləndirilməsinə çağırıb. O, xüsusilə qeyd edib ki, Vaşinqton Ermənistan hökumətinin son illər həyata keçirdiyi "demokratik islahatları” dəstəkləməyə davam etməlidir.

Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel , Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz Qranadada keçirilən görüşdə Qarabağda vəziyyətin "pisləşəcəyi" təqdirdə Azərbaycan prezidenti İlham Əliyevi əks tədbirlər görəcəyi ilə "hədələmək" niyyətində olublar.

Demokratlar və Respublikaçılar partiyalarından olan amerikalı senatorlar Qarabağ ətrafındakı vəziyyətlə əlaqədar Azərbaycana qarşı sanksiyaları özündə əks etdirən, həmçinin Ermənistana yardımı nəzərdə tutan qanun layihəsi təqdim ediblər.
 
Politoloq Tural İsmayılov bildirir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Amerikadakı Erməni Milli Komitəsi adlı Diaspora Təşkilatı, daha doğrusu lobbi  təşkilat adı altında maskalanmış ASALA zehniyyətli terroçu mahiyyətindəki təşkilatın yaxın əməkdaşlıq etdiyi adamlardan biridir. 

"Ümumiyyətlə bizim üçün istisna hal deyil ki, Amerikada hansı senatorlar və konqresmenlər erməni diasporasının təsirləri ilə haqdan, ədalətdən, insanlıqdan uzaq qərarlar alırlar. Bu baxımdan biz artıq Ben Kardinin dəfələrlə Azərbaycan və Türkiyə əleyhinə dezinformasiyaları tirajladığını, yalan xəbərlər əsasında iki ölkəyə ittihamlar yağdırdığını, nəticədə ABŞ-nin Azərbaycanla Türkiyə arasında münasibətlərini korlamaq üçün əlindən gələni etdiyini müşahidə etmişik”, - politoloq vurğulayıb.

İsmayilov hesab edir ki, buna görə Ben Kardin ənənəvi şəkildə anti-Azərbaycan ritorikasını davam etdirir. 

"Ümumiyyətlə ABŞ-dəki erməni lobbisinin təsiri altında olan senator və konqresmenlərin bir çoxu korrupsiyaner dövlətçilikli pulların təsiri altındadır. Sonuncu olaraq belə anti-Azərbaycan konqresmenlərindən biri olan Menendes və həyat yoldaşının adının korrupsiya qalmaqalında hallanması dediklərimizin real olduğunu göstərir. Ben Kardinin bu çağırışına ABŞ-nin dövlət səviyyəsində hər hansısa reaksiya verməsinə inanmıram, amma müxtəlif dövrlərdə ABŞ Dövlət Departamentində bir çox məsələlərdə Azərbaycan və Türkiyə haqqında qərarlar verdiyini, dırnaqarası bəyanatlar səsləndirdiyini eşitmişik. İstənilən halda Ben Karden, Nancy Pelosi, Frank Polloni, Menendes kimi adamların Azərbaycan və Türkiyə əleyhinə ritorikasının ABŞ-nin rəsmi-siyasi qərarlarında əks olunmayacağını düşünürəm”, - İsmayılov söyləyib.

Avropa Parlamenti Qarabağa hücumla bağlı Azərbaycana qarşı sanksiyalardan danışmağa başlayıb.
 
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov sentyabrın 20-də XİN-də keçirilən brifində deyib ki, Azərbaycan əlehinə çağırışlar edən beynəlxalq təşkilatlar qıcıqlandırıcı fikirlərdən yayınmalıdır. 

Sentyabrın 28-də Qarabağda qondarma rejimin "prezidenti" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən separatçı rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib. Əhaliyə Bakının təklif etdiyi reinteqrasiya şərtlərini nəzərdən keçirmək və qalma imkanları ilə bağlı öz qərarını vermək tapşırılıb. 
 
Azərbaycan Prezidenti mətbuata çıxışında dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilərin bütün hüquqları vətəhlükəsizliyi təmin olunacaq. 
 
Gülnar Nazimqızı 
Aygün Mirakif


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Zelenski sabah Türkiyəyə səfər edəcək
Siyasət 12:39
Zelenski sabah Türkiyəyə səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol