• $ 1.7
  • € 1.7876
  • ₽ 1.9209
  • ₺ 0.0467
  • £ 2.155

2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası üzrə görülmüş işlər müzakirə edilib

2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası üzrə görülmüş işlər müzakirə edilib
07.11.2023 18:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsi ilə bağlı görülən işlər və tədbirlərin icra vəziyyəti barədə ildə 2 dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumatın verilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, noyabrın 6-7-də Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə "Strategiya”da nəzərdə tutulan tədbirlərin icrasının nəticələri haqqında iclas keçirilib. İclasda "Strategiya”nın məqsədləri üçün yaradılan 8 İşçi Qrupun üzvləri və əsas icraçı olan aidiyyəti dövlət qurumlarının rəhbər müavinləri iştirak ediblər.

İclasda "Strategiya”da nəzərdə tutulmuş tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin birbaşa operativ, vaxtında və effektiv təmini məqsədilə yaradılmış çoxfunksional rəqəmsal platformanın Elektron Portalın təqdimatı (azerbaijan2030.gov.az) keçirilib, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Strategiya” qəbul olunandan sonra, o cümlədən 2023-cü ilin birinci yarımilliyi üzrə "Strategiya”nın icrası istiqamətində aparılmış monitorinqin nəticələri barədə hazırlanmış Hesabatla çıxış edib və ətraflı müzakirələr aparılıb.

İclasın yekununda "Strategiya”da nəzərdə tutulan tədbirlərin icrası prosesində qarşıya çıxan çətinliklərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyev Küveytin Əmirini təbrik edib
Siyasət 11:30
Prezident İlham Əliyev Küveytin Əmirini təbrik edib
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
Siyasət 21:15
Ceyhun Bayramov Oman Sultanlığının XİN başçısı ilə görüşüb
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
Siyasət 20:39
İlham Əliyev və Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər
XİN-dən Mirzoyanın iddialarına cavab
Siyasət 20:00
XİN-dən Mirzoyanın iddialarına cavab
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:30
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Siyasət 18:15
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Siyasət 12:54
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Siyasət 10:58
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol