“Bakı Kristal Zalı” Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib

İqtisadiyyat Nazirliyinin tabeliyində olan "Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyəti Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında təsərrüfathesablı qurumlar bölməsinə "Bakı Kristal Zalı” MMC əlavə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər