• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Mərkəzi Bankın səlahiyyətlərindən biri ləğv olundu

Mərkəzi Bankın səlahiyyətlərindən biri ləğv olundu
03.03.2014 16:01
Azərbaycan Nazirlər Kabineti «Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi Qaydaları»na dəyişikliklər edib.APA-nın verdiyi məlumata görə, indiyə qədər Agentliyin təklifi əsasında layihələrin maliyyələşdirilməsi üçün regional strukturu və regional əhatəsi nəzərə alınmaqla, regionlar üzrə müvəkkil kredit təşkilatlarının seçilməsi Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası tərəfindən qanunvericiliyə uyğun qaydada həyata keçirilib. Müsabiqə Komissiyasının tərkibinə  Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bankın və Agentliyin hər birindən 1 nəfər nümayəndə daxil edilib və qeyd edilib ki, həmin Komissiyanın tərkibinə Azərbaycanda aqrar bölmənin inkişafına maliyyə dəstəyi göstərən xarici və yerli qeyri-hökumət təşkilatlarının 2 nəfər nümayəndəsi də daxil edilə bilər. Agentliyin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi və Mərkəzi Bankla razılaşdırılmaqla Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilib. Dəyişikliyə əsasən, Mərkəzi Bankın bu sahədə səlahiyyətləri ləğv olunub, bu səlahiyyətlər Azərbaycan Sahibkarlar Konfederasiyası və Maliyyə Nazirliyi arasında bölüşdürülüb. Bundan sonra Müsabiqə Komissiyasının tərkibinə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye  Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Agentliyin hər birindən 1 nəfər nümayəndə daxil ediləcək və həmin komissiyanın tərkibinə Azərbaycanda aqrar bölmənin inkişafına maliyyə dəstəyi göstərən xarici və yerli QHT-nin 2 nəfər nümayəndəsi də daxil edilə biləcək. Agentliyin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi razılaşdırılmaqla Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq ediləcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın İKT sektorunda məhsul istehsalı 8 % artıb
İqtisadiyyat 16:30
Azərbaycanın İKT sektorunda məhsul istehsalı 8 % artıb
Azərbaycanın cari əməliyyatlar hesabında profisit azalıb
İqtisadiyyat 14:21
Azərbaycanın cari əməliyyatlar hesabında profisit azalıb
18 KOB subyekti "Startap" şəhadətnaməsi alıb
İqtisadiyyat 13:20
18 KOB subyekti "Startap" şəhadətnaməsi alıb
“ABB-Qarabağ” kobrend kartı buraxılır!
İqtisadiyyat 12:17
“ABB-Qarabağ” kobrend kartı buraxılır!
TAP-la Avropaya qaz tədarükünə sifarişlər azalıb
İqtisadiyyat 10:10
TAP-la Avropaya qaz tədarükünə sifarişlər azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:03
Qızıl bahalaşıb
Avro dəyişməz qalıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro dəyişməz qalıb, rubl bahalaşıb - Məzənnə
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 10:40
Azərbaycan nefti cüzi bahalaşıb
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
İqtisadiyyat 22:58
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol